Davudoğludan hökumətə SURİYA DƏSTƏYİ - "Başda hörmətli prezidentimiz olmaqla..."
Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu partiyasının 5-ci ildönümü münasibəti ilə təşkil edilən proqramda çıxışı zamanı hökumətin Suriya siyasətini dəstəkləyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb. "Qəzza soyqırımı davam edərkən hökumətin İsraillə ticarəti davam etdirmək qərarını tənqid edərək bunu yanlış adlandırırdıq. İndi biz doğruya doğru deyirik. Başda hörmətli prezidentimiz olmaqla, xarici işlər nazirimizin, müdafiə nazirimizin və MİT rəhbərimizin Suriyada apardığı siyasət doğrudur. Və bu siyasət addım-addım həyata keçirilməli və Türkiyənin cənubunda Türkiyəyə dost Suriyanın qurulmasına gətirib çıxarmalıdır", - o bəyan edib. Hüseyn İbadlı
Oxunub: 217
Xəbəri paylaş
Paylaş: