TÜRK ORDUSU BU HALDA İSRAİL TƏYYARƏLƏRİNİ MƏHV EDƏCƏK - "Vur əmri verilib..."
Türkiyə Baş Qərargahı Suriyada terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına dəstək verəcəyi təqdirdə İsrail təyyarələrinin vurulması əmrini alıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Türkiyənin hakimiyyətə yaxın mediasında məlumatlar yayılıb: “Türkiyə xəbərdarlıq edir ki, Suriyada PKK/YPG terrorçularına İsrail Hərbi Hava Qüvvələri və ya digər strukturlar tərəfindən dəstək verilməsinə heç bir şəraitdə icazə verməyəcək. Onların məhv edilməsi ilə bağlı müvafiq əmrlər artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına ötürülüb”. Hazırda Türkiyə rəsmilərindən bununla bağlı heç bir rəsmi açıqlama yoxdur.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: