Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildirilib ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 10 kilovoltluq 12 nömrəli xətt aparılan cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. "Təmir işləri ilə əlaqədər 15.12.2024-cü il tarixində saat 11:00-dan 12:00-dək Heydər Əliyev prospektində 22, 24, 26 və 30 saylı, Nizami küçəsində 34, 38, 40 saylı binalarda və bu küçələrin yaxınlığında yerləşən iaşə obyektlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq" , - deyə məlumatda qeyd olunub.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: