Suriyada yeni hakimiyyətin 15 tərəfdarı ÖLDÜRÜLDÜ
Suriyanın yeni hakimiyyətinin tərəfdarlarından ibarət dəstə Latakiya şəhəri yaxınlığında pusquya düşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Silahlı hücum nəticəsində azı 15 döyüşçü həlak olub. Qeyd edək ki, Latakiya Dəməşqdən 320 km aralıda yerləşir. Hücum Mzeira bölgəsində qeydə alınıb, hələlik heç bir qruplaşma əməliyyata görə məsuliyyəti üzərinə götürməyib.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: