Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb. Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub. Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: