AMEA instititunun baş hüquqşünası niyə işdən çıxarılıb?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlov işdən çıxarılıb. Mediaxeberleri.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, rəhbərliyin qərarə ilə razılaşmayan Fəxrəddin Gözəlov AMEA ilə Arxeologiya və Antropologiya İnstitutunu məhkəməyə verib. Onun iddia tələbi işə bərpa olunması ilə bağlıdır. Birinci instansiya məhkəməsi hüquqşünasın iddiasını təmin etməyib. F.Gözəlov qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Xəyal Sarıyevin icraatındadır. F.Gözəlov 2011-ci ildə də işdən çıxarılıb. Həmin vaxt yayılan məlumatlarda onunla İnstitutun o zamanki direktoru Maisə Rəhimova arasında mübahisə yarandığı iddia edilirdi. 10 ildən çox davam edən məhkəmə çəkişməsindən sonra F.Gözəlov nəhayət işinə bərpa olunmuşdu. Onun bu dəfə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. F.Gözəlov ötən il Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi ilə gündəmə gəlmişdi. Adıçəkilən şəxslər mənimsəmədə ittiham edilirdi. Səbuhi Hüseynovla Gülüstan İsayeva mediaya açıqlamalarında F.Gözəlovu ittiham edərək hüquqşünasın onlara şər atdığını bəyan etmişdilər. F.Gözəlov isə onların ittihamlarının əsassız olduğunu bildirmişdi. Bu qalmaqal baş verəndə AMEA-nın prezidenti Ramiz Mehdiyev idi.