Maldivə gedənlərə ÜZÜCÜ XƏBƏR - Sərt qadağalar və cərimələr tətbiq edildi
Dekabrın 15-dən Maldiv Respublikasında siqaret qadağası qüvvəyə minəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə yerli “Press” nəşri məlumat yayıb . Qadağa parlamentin noyabrın 12-də qəbul etdiyi Tütünlə Mübarizə Aktına edilən Birinci Düzəliş çərçivəsində həyata keçirilir. Qanun layihəsi elektron siqaretlərin, vapinq cihazlarının və bu cür cihazlarla istifadə üçün nəzərdə tutulmuş hissələrin idxalını, satışını, pulsuz paylanmasını və istifadəsini qadağan edir. Qanunu pozmağa görə cərimələr var. Qeyd olunur ki, Maldiv Gömrük Xidməti bu cür cihazları və müvafiq materialları müsadirə etməklə qaydalara əməl olunmasına nəzarət edəcək.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: