Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları keçirilib. "Report"un məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub. “Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıblar. "Gəncə" kollektivi "Murov Az Terminal"ı, "Azərreyl" isə UNEC komandasını 3:0 hesabı ilə üstələyib. Qeyd edək ki, üç turdan sonra birinci, ikinci pillələri bölüşən"Abşeron" və "Azərreyl"in 8 xalı var. “Gəncə” və “Murov Az Terminal” 4, “Milli Aviasiya Akademiyası” isə 3 xala malikdir. Bütün görüşlərdə məğlub olan UNEC isə xalsızdır.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: