“Rusiya 200 milyard dollar və 700 min adam itirib” – Ostin Rusiyanın itkilərini açıqladı
Rusiya Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan bəri 200 milyard dollar xərcləyib. Mediaxeberleri.Az xarici KİV-ə istinadla xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Ostin bunu Kaliforniyada Ronald Reyqan Milli Təhlükəsizlik Forumundakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu müddət ərzində Rusiya Federasiyasının canlı qüvvə itkiləri ən azı 700 min nəfər təşkil edib. Ostinin fikrincə, müharibənin təkcə birinci ilindəki itkiləri Rusiyanın İkinci Dünya müharibəsindən bəri bütün münaqişələrdəki itkilərini üstələyib. Pentaqonun rəhbəri qeyd edib ki, son aylarda işğalçılar hər gün 1000-ə qədər insan itirib. Ostin əlavə edib ki, Birləşmiş Ştatlar bu müddət ərzində Ukraynaya cəmi iki Patriot batareyası, 24 HIMARS raket sistemi, minlərlə zirehli maşın və milyonlarla artilleriya sursatı təhvil verib. 2022-ci ilin fevralından ABŞ tərəfindən Ukraynaya hərbi yardım üçün ayrılan ümumi məbləğ 62 milyard dollardan bir qədər çoxdur.