Moskvaya qaçan Əsəd və ailəsinin ilk FOTOSU
Suriyanın devrilmiş lideri Bəşər Əsəd və ailəsi Rusiyadan sığınacaq alaraq Moskvaya yerləşib. Mediaxeberleri.Az xəbər verir ki, Əsəd və ailəsinin Moskvaya gəlişi ilə bağlı hava limanından ilk görüntülər yayılıb. Xatırladaq ki, 8 dekabr səhər saatlarında “Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirərək Əsəd rejimini devirib. Bundan sonra Bəşər Əsədin İl-76 yük təyyarəsi ilə Suriyanı tərk etdiyi bildirilmişdi. Təyyarə əvvəlcə radarlardan itmiş və onun vurulması və ya qəzaya uğraması ehtimalı irəli sürülmüşdü. Sonradan məlum olub ki, radarları söndürərək uçan təyyarə Moskva istiqamətinə yönəlib. Nəhayət, Kreml Bəşər Əsədin və ailəsinin Rusiyadan sığınacaq aldığını rəsmi olaraq təsdiqləyib.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: