“Əsəd həbsxanaları” BOŞALDILDI - 100 mindən çox məhbus azad edildi
“Heyəti Təhriri əl-Şam”qruplaşmasının başçılıq etdiyi suriyalı üsyançılar Dəməşqə gedən yolda yerləşən şəhərləri ələ keçirərkən həbsxanaların qapılarını açıb, məhbusları azad ediblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinad etmədə məlumat yayıb. Bildirilib ki, 14 illik vətəndaş müharibəsi zamanı 100.000-dən çox insan həbs edilib. Nəşr onu da bildirib ki, bir çox məhbuslar zəif və yorğun çıxıb, bəziləri sağ olub-olmadığını bilməyən ailə üzvləri ilə görüşüblər. Bu cəzaçəkmə müəssisələri “Əsədin həbsxanaları” adlanırdı. Qərb mətbuatının məlumatına görə, orada qadınlar və uşaqlar da saxlanılıb. Dəməşqdəki həbsxana haqqında yazırlar ki, onun ərazisində yeni krematorium tikilib. "The Guardian"ın məlumatına görə, indi yeraltı həbsxana blokları ilə bağlı ziddiyyətli xəbərlər var ki, onlara hələ çatmaq mümkün olmayıb. Hələlik rəsmi qurumlardan bu məsələ ilə bağlı heç bir şərh yoxdur.