Bəşər Əsəd artıq ailəsi ilə birlikdə Moskvadadır
Suriya Prezidenti Bəşər Əsəd ailə üzvləri ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya çatıb. Rusiya onlara sığınacaq verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib. Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib. Mənbənin sözlərinə görə, Rusiya BMT-nin himayəsi altında Suriyada nizamlanma üzrə danışıqların bərpasını zəruri hesab edir.
Oxunub: 211
Xəbəri paylaş
Paylaş: