Qazaxda qadın dəm qazından ZƏHƏRLƏNDİ
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. Mediaxeberleri.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Canalı kəndində baş verib. Belə ki, orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatına görə, qadın yaşadığı evdə dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 392
Xəbəri paylaş
Paylaş: