Bəşər Əsədin və nazirlərin harada olduqlarını bilmirəm - Suriyanın Baş naziri
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, o, prezident Bəşər Əsədin, müdafiə naziri Əli Mahmud Abbasın və xarici işlər naziri Feysəl Miqdadın harada olduğunu bilmir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Nazir Əsədlə sonuncu dəfə ötən gecə əlaqə saxlayıb və vəziyyəti ona çatdırıb. Onun sözlərinə görə, prezidentin ona dediyi son söz “Sabah görəcəyik” olub. "Reuters" bildirir ki, Suriya Prezidenti Bəşər Əsəd dekabrın 8-də üsyançılar paytaxta daxil olduqdan sonra Dəməşqdən qaçıb. Suriyanın Baş naziri isə öz evində qaldığını və hökumətin davamlılığını qorumağa hazır olduğunu bildirib. O, həmçinin xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Onun təyyarəsi naməlum istiqamətdə havaya qalxıb. Suriya ordusu komandanlığı Əsədin 24 illik hakimiyyətinin başa çatdığını açıqlayıb.