Xronika: Qərbi Azərbaycanda qovut hazırlama, əriştə kəsmə adətləri, xəvçilik üsulu
Baku TV-nin "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. Mediaxeberleri.Az xəbər verir ki, "Qədim türklərin astronomik təqvimi həyat tərzi ilə bağlı idi" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Nailə Əskər Qərbi Azərbaycanda qovut hazırlama, əriştə kəsmə adətləri, qovut, bəzir yağının, xəvçilik üsulunun hazırlanma qaydalarından danışır. Bildirilir ki, qədim türklərin astronomik təqvimi çox dəqiq, həyat tərzi ilə bağlı idi. Onun sözlərinə görə, qovut Qərbi Azərbaycanda Xıdır Nəbi bayramının əsas simvollarından biri idi: "Əriştənin yaxşı alınması üçün xəmir ayaqlanırdı. Sacı ocağın üstünə qoyan götürə bilər, başqası ocaqdan icazə almalı idi". O, sonda Qərbi Azərbaycanda xəvçilik üsulundan, zəyrəkdən bəzir yağının düzəldilməsindən, pendir hazırlama qaydalarından, həmçinin əvəlik bitkisinin faydasından və unudulmuş adətlərdən söz açıb. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. Ətraflı süjetdə: