Suriyada Əsədin atasının daha bir abidəsi AŞIRILDI
Suriyanın qərbində yerləşən Hüms şəhərində keçmiş prezident, hazırkı dövlət başçısı Bəşər Əsədin atası Hafiz Əsədin daha bir heykəli aşırılıb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə şahidləri sosial şəbəkələrdə abidənin sökülməsinin videosunu yayıblar. Videoda izdihamın alqışladığı bir vaxtda bir neçə nəfərin ağ abidəyə bağlanmış kəndiri aşana qədər çəkdiyi görünür. Bundan əvvəl Dəməşqdən 3 km aralıda yerləşən və onun rayonlarından biri sayılan Caramana şəhərinin sakinləri Hafiz Əsədin daha bir abidəsini söküblər. Bu ərazidə hökumət ordusu ilə müxalifət qüvvələri arasında əvvəlki hərbi əməliyyatlar zamanı Əsədin tərəfində olan druzlar (Suriya millətlərindən biri) yaşayırlar.
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: