“Qarabağ” xal itirdi, “Araz Naxçıvan” liderliyə yüksəldi
Bu gün Azərbaycan Premyer Liqasında XVI turun oyunları keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Turun mərkəzi oyununda "Sabah" "Qarabağ"la üz-üzə gəlib. Matçda hesabı meydan sahibləri açıblar. 49-cu dəqiqədə Neqoş Kupusoviç fərqlənib. Lakin "bayquşlar" üstünlüyünü qoruya bilməyiblər. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib. Ağdamlılar səfərdən bir xalla dönməyi bacarıblar - 1:1. Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq. Misli Premyer Liqasının XVI turunda növbəti oyun başlayıb. Mediaxeberleri.Az bildirir ki, "Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı qəbul edir: Bu gün Misli Premyer Liqasının XVI turunda "Səbail" klubu "Araz-Naxçıvan"ı qəbul edib. Mediaxeberleri.Az bildirir ki, qonaqlar ev sahibinə iki qolla qalib gəliblər. Hesabı oyunun 45+2-ci dəqiqəsində penaltidən R.Maçado açıb (0:1). 56-cı dəqiqədə Benni oyunun taleyini həll edib - 0:2. Bu gün Misli Premyer Liqasının XVI turunda iki oyun keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu - onuncu sırada yer alıblar. 18:00-da "Sabah" "Qarabağ"la üz-üzə gələcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb. Bombardirlər: Felipe Santos ("Araz-Naxçıvan") - 8 qolN Klublar O Q H M T-F X 1 Araz-Naxçıvan 16 12 3 1 21-10 39 2 Qarabağ 15 12 2 1 39-7 38 3 Turan Tovuz 15 7 6 2 20-12 27 4 Zirə 15 7 2 6 23-16 23 5 Sabah 16 5 8 3 25-21 23 6 Sumqayıt 15 5 1 9 13-21 16 7 Şamaxı 14 3 4 7 11-18 13 8 Neftçi 15 2 7 6 13-23 13 9 Kəpəz 15 3 1 11 11-35 10 10 Səbail 16 2 2 12 16-29 8
Coy Lens Mikels ("Sabah") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol