Əsədin əsgərləri İraqa daxil oldu – Təcili
Suriyada müxalif qüvvələr irəliləməkdə davam edir. Mediaxeberleri.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Əsədin çoxlu sayda əsgəri İraq qüvvələri ilə koordinasiyalı şəkildə Əl-Qaim sərhəd qapısından İraqa daxil olub. İraqın əsgərləri xilas etmək üçün onları ölkəyə buraxdığı bildirilir. Qeyd edək ki, bundan öncə müxalif qruplar Dəməşqin 20 km-liyində olduğunu açıqlamışdılar.
 
 
Oxunub: 270
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















