Mediaxeberleri.az
    
  • Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
  • 
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • 
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • 
  • “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
  • 
  • Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
  • 
  • Ağstafaya dolu düşdü - Foto
    Ağstafaya dolu düşdü - Foto
  • 
  • Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
  • 
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır

Son xəbərlər :
  • Argentina DÇ-2026-nn finalında
  • Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
  • Lətifə belə dincəlir
  • İcra başçısı onu özünə müavin təyin etdi
  • Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
  • Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
  • “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
  • DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
  • Samuxda kütləvi zəhərlənmə...
  • Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
  • Hava xəbərdarlığı: intensiv yağış, dolu...
  • Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
  • Prezident 1 sərəncam, 4 fərman imzaladı
  • İspaniyanı finala aparan qələbə - Video
  • Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
  • Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
  • Neft bahalaşdı
  • ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ordumuzun nəzarətinə keçən Amaras monastırı haqqında İLGİNC FAKTLAR

  • Tarix: 20-09-2023, 14:39

Xəbər verdiyimiz kimi, Xocavənddə yerləşən qədim alban Amaras monastırının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi haqda məlumat yayılıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə erməni siyasətçi Mesrop Arakelyan açıqlama verib.

Bəs alban Amaras monastırı haqda nə bilirik?

Amaras məbədi Azərbaycanda ən qədim alban abidələrindən biri sayılır. Ermənilər son 30 ildə xristian-alban mədəniyyətinin ayrılmaz parçası olan alban-xristian məbədlərini erməniləşdirməyə cəhdlər ediblər və onları “erməni abidəsi” kimi qələmə verməyə çalışıblar. Amma məlum olduğu kimi, bu ərazilərdə ermənilər yaşamayıblar və Amarasın da onlarla bağlılığı yoxdur. Amaras monastırı xristian alban irsinin ən real nümunələrindən biridir, o, “erməni mədəni irsi” deyil.

Xatırladaq ki, Amaras Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən Alban Həvari Kilsəsinin ləğv edilməsinə kimi ziyarət olunan ən müqəddəs məbədlərdən biri olub. Monastır həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.

Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olub. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş faktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

Qafqaz Albaniyasının yepiskopluq mərkəzi olmuş Amaras şəhərinin xarabalıqları eyniadlı çayın sağ sahilində, Cütçü kəndi ərazisində qalmaqdadır. Tarixi məlumatlara görə, IV əsrdə Amarasda ilk xristian məbədi tikilib və burada Qafqaz Albaniyasının birinci katolikosu Qriqoris dəfn edildiyindən ziyarətgaha çevrilib. Həmin qəbir indi Amaras kompleksindəki kilsənin altarı altındakı sərdabədə yerləşir. Bu sərdabəni 1970-ci ildə Azərbaycan arxeoloqları aşkar edib.

Amaras monastır kompleksi IX əsrdə tikilib və sonrakı yüzillərdə dəfələrlə təmir və əlavələr edilib. Bu kompleks indiki görkəmini XIX əsrdə alıb. Amaras monastırı düzbucaq planlı olub, küncləri dairəvi bürclərlə möhkəmləndirilib. Onun həyətini dövrələyən qala divarları boyunca hücrələr, yaşayış və təsərrüfat otaqları tikilib. Monastırın təsərrüfat hissəsi əlavə otaq sırası ilə kilsə həyətindən ayrılıb.

Monastırın qala divarlarına əlavə möhkəmlik verən bu otaq və yerləşgələr qaba daşlardan, arxivoltları isə yaxşı yonulmuş daşlardan tikilib. Monastırın həyətinə giriş qapısı cənub divarın qərb qurtaracağındadır. Kompleksin baş tikilisi olan kilsə həyətin ortasında ucalır. Kilsənin giriş qapısı qərb tərəfdədir. Amaras kilsəsinin ikienişli dam örtüyünün qərb ucunda altı sütunlu zəng rotondası qoyulub. Kilsənin bütün fasadları yaxşı yonulmuş daş lövhələrlə üzlənib.

XIX əsrin II yarısından etibarən Amaras monastırında Şərq ölkələrindən Rusiyaya gedən ticarət karvanları yerləşdirilirdi. Həmin dövrdə monastır geniş torpaq sahələrinə, bağlara, dəyirmanlara və mülklərə sahib idi.

1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsindən sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı erməni qriqoriyan kilsəsinə tabe edilib. Bundan sonra, 1858-ci ildə Şuşa ermənilərinin təşəbbüsü ilə monastırda yenidənqurma və inşaat işləri aparılıb. Bu yenidənqurma-inşaat işləri zamanı abidənin qədim kitabələri məhv edilib. Monastır ərazisindəki stellalardan birinin üzərindəki kitabədən onun 925-ci ilə aid olması müəyyən edilib. 1898-ci ildə kilsənin şimal nefində Müqəddəs Qriqorisin şərəfinə Mikel Ter-İsraelyan tərəfindən hazırlanmış məzar daşı yerləşdirilib.


Oxunub: 577
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:03 | Argentina DÇ-2026-nn finalında
    Dünən, 18:53 | Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
    Dünən, 18:38 | Lətifə belə dincəlir
    Dünən, 18:36 | İcra başçısı onu özünə müavin təyin etdi
    Dünən, 18:24 | Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
    Dünən, 17:55 | Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
    Dünən, 17:47 | “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
    Dünən, 17:43 | DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
    Dünən, 17:38 | Samuxda kütləvi zəhərlənmə...
    Dünən, 17:34 | Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
    Dünən, 17:31 | Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
    Dünən, 16:32 | Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
    Dünən, 16:31 | Hava xəbərdarlığı: intensiv yağış, dolu...
    Dünən, 16:28 | Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
    Dünən, 16:26 | Prezident 1 sərəncam, 4 fərman imzaladı
    Dünən, 10:17 | İspaniyanı finala aparan qələbə - Video
    Dünən, 10:14 | Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
    Dünən, 10:12 | Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
    Dünən, 10:10 | Neft bahalaşdı
    Dünən, 08:54 | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
    Dünən, 08:25 | Gündə nə qədər şokolad yemək olar?
    Dünən, 08:23 | ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı
    Dünən, 08:21 | Astroloqdan iddia: Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
    Dünən, 08:19 | Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video
    14-07-2026, 15:41 | Ağdərədə qəzada ər-arvad həyatını itirdi
    14-07-2026, 15:36 | Kərəcdə məhbuslar aclıq aksiyası keçirirlər
    14-07-2026, 15:33 | Abşeronda mühüm tədbir keçirildi - Foto
    14-07-2026, 15:24 | Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
    13-07-2026, 11:22 | Bakıda I sinfə qəbul üçün 37 mindən çox müraciət qeydə alınıb
    13-07-2026, 11:20 | Tarixi abidələrlə bağlı YENİ QƏRAR imzalandı
    13-07-2026, 11:18 | Gömrük Məcəlləsində dəyişiklik - Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılacaq
    13-07-2026, 10:26 | Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq
    13-07-2026, 10:24 | Pensiya alanlara ŞAD XƏBƏR
    13-07-2026, 10:20 | Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
    13-07-2026, 10:18 | AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
    12-07-2026, 23:05 | Tovuz döyüşləri: 6 il əvvəl baş verənlər - VİDEO
    12-07-2026, 22:46 | IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
    12-07-2026, 22:02 | Magistral boru partladı, 6 kənd susuz qaldı
    12-07-2026, 21:29 | Krımda dəhşət yaşanır - benzinin litri...
    12-07-2026, 21:21 | 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü
    12-07-2026, 21:19 | İran ABŞ-a məxsus qanadlı raketi vurdu
    12-07-2026, 21:16 | Çexiyada faciə: Motoyarış zamanı iki idmançı öldü
    12-07-2026, 21:14 | Müşfiqabadda açıq sahədə yanğın baş verdi
    12-07-2026, 21:12 | İranın cənubunda partlayışlar baş verdi
    12-07-2026, 21:08 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    12-07-2026, 21:06 | İranın zərbələri - Küveyt rəsmi açıqlama yaydı
    9-07-2026, 11:47 | Tanışına 3 bıçaq zərbəsi vuran şəxsə 6 il 6 ay həbs cəzası: “Özümü müdafiə etdim”
    9-07-2026, 11:45 | Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    9-07-2026, 11:40 | İran ABŞ-ın hərbi obyektlərini vurdu
    9-07-2026, 11:38 | Qonşunu izləyən kamera qanunsuz sayıla bilər - Ali Məhkəmə
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.