Mediaxeberleri.az
    
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)

Son xəbərlər :
  • AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
  • Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
  • Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
  • ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
  • "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
  • Rusiya bir gecədə bu qədər PUA vurdu
  • Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
  • Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
  • “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
  • Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Sabahın havası açıqlandı
  • Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
  • Azərbaycanda avtomobil istehsalı artıb - Foto
  • Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
  • Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
  • Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
  • "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
  • Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
  • "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
  • İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QARAKƏND FƏCİƏSİ: Müstəqilliyə gedən yolda vurulan dövlət

  • Tarix: 20-11-2025, 12:52

1991-ci ilin noyabrının 20-si. Azərbaycanın ən zülmətli səhifələrindən biri. O gün Qarakənd göylərində bir vertolyot yanmadı, bir dövlət yanıb külə döndü.

Həmin gün Xocavəndin Qarakənd kəndi yaxınlığında vurulan “Mi-8” vertolyotu Azərbaycanın siyasi, hüquqi və hərbi rəhbərliyinin beyin mərkəzini daşıyırdı. Onlar Qarabağa sülh yaratmağa, qanı dayandırmağa gedirdilər. Amma sülhün qanla qarşılandığı bir dövr idi və bu qan Rusiyanın soyuq geosiyasi planlarının tərkib hissəsi idi.

Rəsmi versiya sadə idi “vertolyot dumanlı havada qayalara çırpılıb.” Amma heç bir duman 300 metr yüksəklikdə uçan “Mi-8”i bu qədər dəqiqliklə vurmazdı. Hadisənin cəmi 40 dəqiqə sonra erməni dilli televiziya efirində “xəbər” kimi yayılması, “qəzadan” əvvəl Ermənistan radiosunun məlumat hazırlaması artıq bu ssenarinin əvvəlcədən yazıldığını göstərirdi.

Helikopterin vurulduğu an, əslində, Azərbaycanın siyasi müstəqilliyinə atılan ilk real atəş idi. Çünki həmin vertolyotda Azərbaycanın baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, jurnalist Osman Mirzəyev və daha bir çox nüfuzlu dövlət xadimləri vardı. Yəni bir millətin siyasi nəbzini daşıyan insanlar.

Bəs təsadüf idimi ki, rus hərbi müşahidəçiləri həmin uçuşda olmalı olduqları halda, son anda “lazım deyil” bəhanəsi ilə uçuşdan imtina etdilər? Təsadüf idimi ki, rus hərbi prokuroru İqor Lazutkin (erməni əsilli anası ilə birlikdə) istintaqa rəhbərlik etdi və “qara qutu”nun “əridiyini” bəyan etdi? Yox, bu, təsadüf deyildi. Bu, plan idi.

Vertolyotun “qara qutusu”nu ələ keçirən Lazutkin Azərbaycan mütəxəssislərini hadisə yerinə buraxmadı. “Qara qutu yanıb” dedi, “səs yazıları itib” dedi, “ermənilər yardım edib” dedi. Bu yalanların hər biri bir həqiqəti gizlətmək üçün qurulmuşdu və vertolyot Rusiya və Ermənistan ordusunun birgə əməliyyatı ilə vurulmuşdu.

Bu günə qədər “qara qutu”nun səsi yoxdur. Amma o qutunun səsi Azərbaycan xalqının qulağında əbədi çalınan bir ağıya çevrilib. Hər noyabrın 20-də o səssizlik yenidən səslənir.

Araşdırmalar göstərdi ki, “Mi-8” vertolyotu Amerika istehsalı olan Barret M82A1 snayperi ilə vurulub. Bu, təkcə texniki bir detal deyil, siyasi bir izdir. ABŞ silahı, Rusiya hərbçiləri, erməni mövqeləri… Yəni bir “üçbucaqlı ölüm oyunu”. Hədəfdə isə Azərbaycan dövləti.

Bu, sıradan bir diversiya deyildi. Bu, Azərbaycanın rəhbərliyinə qarşı geosiyasi sui-qəsd idi. Çünki o vertolyot vurulandan sonra Azərbaycanda hakimiyyət böhranı dərinləşdi, siyasi əlaqələr kəsildi, ordunun koordinasiyası pozuldu. Qısa müddət sonra Şuşa, Laçın, Xocalı, Ağdam ard-arda işğal edildi.

Qarakənd faciəsində 22 nəfər həlak oldu. Amma o gün sadəcə 22 nəfər ölmədi. O gün Azərbaycanın dövlət ağlı, diplomatik tarazlığı, informasiya mərkəzi, hüquq sistemi bir anda məhv edildi. O vertolyotda bir millətin gələcəyi yanmışdı.

Onlardan hər biri Azərbaycanın dirçələn beyninin parçası idi.

• Tofiq İsmayılov – dövlətin ideoloji sütunu, sülh missiyasının memarı.

• İsmət Qayıbov – qanunun səsini çatdıran dövlətin ədalət siması.

• Məhəmməd Əsədov – təhlükəsizliyin, sabitliyin rəmzi.

• Osman Mirzəyev və Alı Mustafayev – xalqın səsini dünyaya çatdıran qələm əsgərləri.

Onların ölümü təkcə bir faciə yox, Azərbaycanın siyasi sisteminə atılmış təpədən zərbə idi.

Rusiya SSRİ-nin dağılması ərəfəsində Cənubi Qafqazda nəzarəti itirmək istəmirdi. Moskva “sülhməramlı” pərdəsi altında faktiki olaraq erməni separatizmini qoruyur, Qarabağda öz hərbi bazasını saxlayırdı. Qarakənd faciəsi bu siyasətin başlanğıc nöqtəsi idi “yeni müstəqil” Azərbaycan Kremlin orbitindən uzaqlaşmaq istəyirdi, Kremlin cavabı isə bir vertolyot dolusu həyat oldu.

Sonrakı illərdə bu “sülhməramlı” oyunçuların kim olduğunu Xocalıda, Ağdamda, Kəlbəcərdə gördük. Onlar nə sülh gətirdilər, nə ədalət. Onlar yalnız Azərbaycanın qisasını almasına qədər bölgəni yandırdılar.

1991-ci ilin o noyabr axşamı bir çox azərbaycanlı kimi mən də televizor qarşısında idim. Qara paltarlı musiqiçilər kədərli bir orkestr çalırdı. Uşaqlıq yaddaşımda o musiqi hələ də bitmir. Çünki Qarakəndin oduna yanmış o musiqi, əslində, müstəqilliyimizin qanla yazılan himni idi.

Qarakənd faciəsi təkcə 22 canın itkisi deyil, Azərbaycanın suverenliyinin sınağı idi. Bu faciənin kökündə Rusiyanın imperial maraqları, erməni separatizminin silahlandırılması, Moskvanın Azərbaycan dövlətçiliyinə düşmən münasibəti dayanır.

O gün göylərdə vurulan vertolyot əslində Azərbaycanın azadlıq yolunu açdı. Qarakənddən sonra xalq anlamışdı: bu torpaq yalnız öz gücü ilə yaşaya bilər, bu millətin arxasında heç kim yoxdur, yalnız özü.

Qarakənd - bir vertolyotun deyil, bir dövlətin qətlə yetirildiyi gün idi.

Və bu cinayətin izi hələ də Kreml divarlarının soyuqluğunda yatır.

Hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı “müəllifləri” azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar. Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Həmin tarixi günün gələcəyinə ümid edərək vaxtilə qara qutularda qaranlığa basdırılan bütün həqiqətlərin də gec-tez bir gün aydınlığa çıxacağına inanırıq.

Samir Əsədli


Oxunub: 608
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:09 | AKP-yə yaxın resurslarda Azərbaycana qarşı qərəz...
    Bu gün, 13:49 | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc öldü
    Bu gün, 13:47 | Bakıda məktəbi yandırmaq istəyən 6 nəfər saxlanıldı
    Bu gün, 13:26 | ABŞ və Avropa Ukrayna üçün yeni gizli sülh planı hazırlayır - Detallar
    Bu gün, 13:19 | "İmişli" baş məşqçisi ilə niyə qəfil vidalaşdı? - Səbəb məlum oldu
    Bu gün, 13:14 | Rusiya bir gecədə bu qədər PUA vurdu
    Bu gün, 13:12 | Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb
    Bu gün, 13:07 | Saakaşvili Azərbaycanı dəstəklədi, İranı ittiham etdi: “Cəsarətli addımdır!”
    Bu gün, 13:01 | “Yekə kişidir, şıllaq atır, şüşəni sındırıb içəri soxulur” - ETİRAZ
    Bu gün, 12:55 | Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
    Bu gün, 12:51 | Sabahın havası açıqlandı
    Bu gün, 12:42 | Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
    Bu gün, 12:37 | Azərbaycanda avtomobil istehsalı artıb - Foto
    Bu gün, 12:09 | Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
    Bu gün, 12:07 | Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
    Bu gün, 12:03 | Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir
    Bu gün, 12:00 | "Azərbaycanla sülh “təməl daşı” olacaq" - Paşinyan
    Bu gün, 11:58 | Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı
    Bu gün, 11:54 | "Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp
    Bu gün, 11:47 | İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto
    Bu gün, 11:41 | Aqil Babayevin anasından prezidentə müraciət: “Son ümidimiz Sizədir!”
    Bu gün, 11:02 | Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı
    Bu gün, 10:53 | Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
    Bu gün, 10:40 | Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları
    Bu gün, 08:36 | Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
    Bu gün, 08:33 | 2 manatlıq şirkət Pir Hüseyn Qoruğundan 14 min manatlıq tender qazandı
    Bu gün, 08:28 | Bu ölkədə 6.4 bal gücündə zəlzələ oldu
    Bu gün, 08:23 | Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
    Bu gün, 08:13 | VPN-lərlə bağlı XƏBƏRDARLIQ! Ehtiyatlı olun
    Bu gün, 08:03 | Aqrar Xidmətlər Agentliyindən milyonluq müqavilə
    Bu gün, 07:57 | Rəsmi qurum məktəblərlə bağlı AÇIQLAMA YAYDI
    Bu gün, 07:54 | Siyəzəndə 33 min manatlıq bazarlıq
    Bu gün, 07:51 | Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video
    Bu gün, 07:48 | “Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım”
    Bu gün, 07:41 | Cəlilabad Rayon İcra Hakimiyyətindən əsaslı təmir bazarlığı - 376 min manatlıq
    Bu gün, 07:38 | Bakıda dana əti niyə bahalaşıb? - Video
    Bu gün, 07:36 | UEFA Çempionlar Liqasında ikinci tura start verilir
    Dünən, 23:32 | Dini əlində oyuncaq edən divlər uşaqlarımızı nağıllarla aldatmağa çalışırlar
    Dünən, 23:13 | Ağır xəstə 6 aydır pensiya ala bilmir - VİDEO
    Dünən, 23:10 | Sabunçuda psixotrop maddə qəbul edən şagird özünü məktəb binasından atdı - Yenilənib
    Dünən, 22:19 | Sosial şəbəkələrin gizli tələsi
    Dünən, 21:39 | 29 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
    Dünən, 20:50 | Türkiyənin Ermənistanla qardaşlaşmaq üçün Azərbaycandan imtina planı - DETALLAR
    Dünən, 19:23 | Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
    Dünən, 17:57 | Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”
    Dünən, 17:55 | Mirsalam Səmədov vəzifəsindən azad olundu - Yeni təyinat - FOTO
    Dünən, 17:38 | Şəhid İlkin Bayramovun anası vəfat edib
    Dünən, 16:40 | Evdə yanğın oldu: bir nəfərin meyiti tapıldı
    Dünən, 16:39 | Soydaşımız peşəkar rinqdə növbəti qələbəsini qazandı
    Dünən, 14:53 | Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.