Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
  • Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

TRAMPIN “UKRAYNANIN KAPİTULYASİYASI PLANI” – Kiyev ərazilərindən və ordudan imtina edərək siyasi intihara gedəcəkmi?

  • Tarix: 20-11-2025, 13:06

Stiven Uitkoff və Kirill Dmitriyevin iştirakı ilə hazırlanmış Ukrayna üçün yeni sülh planında ABŞ Ukraynadan Luqansk və Donetsk vilayətlərindəki bütün əraziləri təslim etməyi və ordusunu yarıya qədər azaltmağı tələb edir. Məlum olduğu kimi, “Financial Times” və “Axios” nəşrləri başda olmaqla, Qərbin aparıcı nəşrləri bu barədə öz mənbələrinə istinadla məlumat yayıblar.

“Axios”-un məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin Donbasın qalan 14% ərazisindən çıxarılmasını və onun hərbsizləşdirilmiş zonaya çevrilməsini nəzərdə tutur. Plana görə, bu ərazidə heç bir tərəf qoşun və ya silah saxlamayacaq. Bunun müqabilində Kreml Zaporojye və Xerson vilayətlərindəki cəbhə xəttini dondurmağa və nəşrin mənbələrinə görə, hətta uğurlu danışıqlar şərtilə bəzi torpaqları geri qaytarmağa razı ola bilər.

Trampın planına görə, ABŞ və digər ölkələr Krımı və Donbası Rusiya ərazisi kimi tanımalıdırlar. Lakin Ukraynadan bu tələb olunmur. Həmçinin, Kiyev rus dilini rəsmi dil kimi tanımalı və Rus Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır.

Eləcə də Trampın planına Ukrayna Silahlı Qüvvələri üçün müəyyən silah növlərinə qadağa, Qərbin uzaqmənzilli(Moskva və Sankt-Peterburqa çata biləcək) raketlərinin tədarükünün dayandırılması və Ukraynada hər hansı xarici qoşunların yerləşdirilməsinə qadağa da daxildir.

Artıq əksər müşahidəçilər və ekspertlərin də dediyi kimi, Trampın planı Ukraynanın təslim olmasına - kapitulyasiyasına bərabərdir. Çünki plan, əgər mətbuatda dərc edilən maddələrdən ibarətdirsə, əsasən Kremlin maksimalist tələblərinin siyahısıdır.

Ağ Evdəki mənbə “Axios”-a bildirib ki, Amerika rəsmilərinin məntiqi budur ki, Ukrayna Donbası təslim etməlidir, çünki onsuz da onu itirəcək və buna görə də "indi razılaşmaq onun maraqlarına daha uyğundur".



Qeyd olunur ki, Stiven Uitkoff Amerika təklifini müzakirə etmək üçün Ankarada Vladimir Zelenski ilə görüşməli idi, lakin Ukrayna Prezidenti danışıqları ləğv edib. Ukrayna mənbələrinin məlumatına görə, Zelenski Trampın planını əvvəlcə avropalılarla müzakirə etmək istəyir. Amerikalı bir rəsmi “Axios”-a bildirib ki, Zelenski Ankaraya Avropa ölkələri ilə razılaşdırılmış, lakin "Rusiyanın heç vaxt dəstəkləməyəcəyi" öz planını gətirib. Bu plan isə ABŞ tərəfindən dəstəklənmir. Odur ki, hələ sözügedən planla bağlı heç bir rəsmi açıqlama verilməmiş, artıq proses dalana dirənmiş kimi görünür.

Xatırladaq ki, Tramp planı ilə bağlı ilk açıqlamanı “Axios” yaymışdı. İlk məlumatda Ukraynanın ərazi güzəştlərindən heç bir söhbət getmirdi. Orada əsasən Ukrayna üçün zəmanətlərin yer aldığına dair məlumatlara üstünlük verilirdi. Lakin az sonra işıq üzü görən ikinci yazıda Ukraynanın Donbasın qalan ərazisindən imtina etməsi və digər sərt müddəalar dərc edildi. Maraqlıdır ki, bu materialın altındakı şərhlərdən biri Stiven Uitkoffa aid olub. Uitkoff həmin şərhdə “Bu məlumat K-dan gəlib” yazıb. “K” Vladimir Putinin xüsusi nümayəndəsi və Uitkoffun tərəf müqabili Kirill Dmitriyevdir. Bununla Uitkoff demək istəyib ki, bu məlumat sözügedən planın ABŞ-nin deyil, Rusiyanın görmək istədiyi şəkildə təqdimatıdır. Ardınca Uitkoff həmin şərhini silib. Qərbdəki müşahidəçilər hesab edirlər ki, Uitkoff bu şərhi hamı üçün açıq olan məqalənin altına səhvən yazıb və bu sözlər əslində yazının müəllifi olan tanınmış jurnalist Barak Ravidə ünvanlanıb. Yəni, Uitkoff jurnalistin şəxsi poçtuna yazmalı olduğu şərhi səhvən məqalənin altına yazıb. Bu, o deməkdir ki, mətbuata sızıntılar Dmitriyev və Uitkoffdan gəlir. Həmçinin, gerçək plan hazırda Qərb mətbuatında Dmitriyevin təqdimatında dolaşan plandan fərqli ola bilər.

Bu arada iddia olunur ki, Donald Tramp Rusiya və Ukrayna arasında 28 bəndlik sülh planını təsdiqləyib. Bu barədə “NBC News” telekanalı Tramp administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadla məlumat yayıb. İddia olunur ki, planın hazırlanmasında Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, vitse-prezident C.D. Vens və hətta Prezidentin kürəkəni Cared Kuşner iştirak edib. "Plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə yönəlib. Bu plana Ukraynanın davamlı sülh üçün istədiyi və ehtiyac duyduğu şeylər daxildir", - deyə ABŞ rəsmisi iddia edib. Lakin ABŞ rəsmisi planın təfərrüatlarını açıqlamayıb və onun fikrincə, bu plan hələ də prosesdə iştirak edən əsas tərəflərlə danışıqlar tələb edir.

Kirill Dmitriyevə gəlincə, nəşrə son açıqlamasında o, nikbinlik ifadə edib: "Biz Rusiyanın mövqeyinin həqiqətən eşidildiyini hiss edirik. Bu, əslində, nəhayət, yalnız Ukraynada deyil, Avropada uzunmüddətli təhlükəsizliyə necə nail ola biləcəyimizi müəyyən edən daha geniş çərçivə müqaviləsidir".

Bu arada “The Wall Street Journal” yazır ki, Tramp administrasiyası bu planda Qəzza probleminin tənzimlənməsində istifadə etdiyi eyni yanaşmanı tətbiq etməyə çalışır: hərtərəfli plan hazırlamaq və sonra münaqişə tərəflərini onu qəbul etməyə məcbur və təşviq etmək. Qəzet yazır ki, Rusiya üçün təşviq Qərblə iqtisadi münasibətlərin bərpasını, Ukrayna üçün isə yenidənqurma işlərinə kömək etməyi əhatə edəcək.



Bütün bu qeyri-rəsmi, dolaşıq və bəzən ziddiyyətli məlumatların fonunda bu planın və gilzi ABŞ - Rusiya danışıqları mövzusunun niyə məhz indi, özü də kifayət qədər gözlənilmədən ortaya çıxması sualı yaranır. Demək olar, eyni vaxtda Ukraynada Zelenski hakimiyyətinə qarşı korrupsiya ittihamları ortaya atıldı (hansı ki, NABU istintaqın nəticələrini indi yox, bir neçə ay, hətta il sonra da açıqlaya bilərdi), böyük qalmaqal başladı və Prezident Ofisinin mövqeyi sarsıdıldı. Buna paralel olaraq, Ağ Ev Rusiyaya qarşı olduqca ağrılı neft sanksiyaları tətbiq etməklə, “Lukoil”-i iflic, “Rosneft”-i “yarımcan” etdi, Kremlin müharibəni davam etdirmək üçün lazım olan iqtisadi resurslarına ağır zərbə vurdu. Həmçinin, Kremlin bütün hədə-qorxu və xəbərdarlıqlarına baxmayaraq, Rusiyanın dərinlikləri ABŞ raketləri ilə nümayişkaranə şəkildə vurulmağa başladı. Hətta Rusiya Müdafiə Nazirliyi də etiraf etdi ki, zərbələr ABŞ-nin ATACMS raketləri ilə endirilir. Lakn ötən il, Baydenin dövründə bu cür zərbələrə “Oreşnik”-lə cavab verən Kreml bu dəfə həmin “analoqsuz” silaha əl atmadı.

Nəhayət, ABŞ-də “Epşteyn işi”nə impuls verildi, iş tam sürətlə irəliləyir, Konqresdə respublikaçılar belə “Epşteyn faylları”nın açılmasına səs verir, Tramp faktiki olaraq müvafiq qanunu imzalamağa məcbur edilir. “Epşteyn işi” ilə bağlı sual verən jurnalisti “donuz” adlandırmaqdan belə çəkinməyən ABŞ Prezidenti geri çəkilmək məcburiyyətində qalır. Bu üç hadisəni bir sıraya düzdükdə, görmək olar ki, Ukraynaya dair “Tramp planı” mövzusunun ortaya atılması qətiyyən təsadüfi deyil və sanki hər şey bir mərkəzdən idarə olunur. Bu planın gündəmə gətirilməsi hər üç tərəfin – Ağ Evin, Zelenski administrasiyasının və Kremlin maraqlarına uyğun görünür.

Tramp administrasiyası bununla “Epşteyn işi”ni, Zelenski administrasiyası isə korrupsiya qalmaqalını ikinci plana keçirə bilər. Kremlin marağına gəlincə, “Tramp planı” qəbul edilsə, Moskva özünü müharibədə qalib elan etmək üçün ciddi əsas əldə edəcək. Yox, əgər plan Kiyev tərəfindən rədd edilsə, Kreml ümid edə bilər ki, ABŞ administrasiyası Kiyevə dəstəyi azaldacaq, Moskvaya qarşı sanksiyaları yumşaldacaq və sair.



ABŞ administrasiyasında Dövlət katibi Marko Rubio ilə Uitkoff arasında müəyyən qarşıdurma olduğu barədə şayiələr dolaşır. ABŞ - Ruisya danışıqlarının isə iki trek üzrə - Uitkoff-Dmitriyev və Rubio-Lavrov müstəvisində getdiyi bəllidir. Birinci “cütlük” hadisələrin gedişini daha optimist, bəzən xəyalpərəst tərzdə (Məsələn, Dmitriyev ABŞ və Rusiya arasında sualtı tunel tikilməsini təklif edib) təqdim edərkən, ikinci “cütlük” daha realist və məntiqli görünür. Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar qərarı və Ukraynaya Rusiyanın dərinliklərinə ABŞ raketlərilə zərbə endirmə icazəsi məhz ikinci “cütlüyün” telefon danışığından - Lavrovun Kremlin maksimalist tələblərindən əl çəkmədiyini göstərməsindən və bundan çıxış edən Rubionun Trampa məsləhətindən sonra verilib. Bu da ABŞ Prezidentinin daha çox kimin mövqeyinə stavka etməsindən xəbər verir. Odur ki, Uitkoff-Dmitriyev tandeminin hərəkətləri, açıqlamaları, mətbuata sızdırmaları daha çox kəşfiyyat xarakterli addımlar ola bilər. Konkret qərarlar isə tərəflərin rəsmi orqanları tərəfindən verilir. Bu baxımdan Kremlin sözçüsü Dmitri Peskovun hələlik Alyaska danışıqlarından fərqli heç bir irəliləyişin olmadığını deməsi və ABŞ administrasiyasının hər hansı bir ətraflı şərhdən yayınması Tramp planı ətrafındakı hay-küyün şişirdildiyi qənaəti yaradır.

Digər tərəfdən, tərəflər doğrudanmı sülhə hazır və bunda maraqlıdır? Bir yandan real danışıqalr apardığını və sülhə hazır olduğunu bildirən Kremlin digər tərəfdən Ukraynanı daha amansız şəkildə bombalaması məntiqsiz görünür. Təkcə Ternopola endirilən dünənki raket-terror zərbəsində uşaqlar da daxil olmaqla, 30-dan çox dinc ukraynalı həlak olub. Digər yandan, Zelenski hakimiyyəti üçün Ukrayna ərazilərinin döyüşsüz təhvil verilməsi, ordunun iki dəfə azaldılması və zəiflədilməsi, rus dilinin dövlət dili kimi qəbul edilməsi siyasi intihara bərabərdir və Kiyevin buna gedəcəyi qətiyyən inandırıcı görünmür.

Bir sözlə “Tramp planı” ilə bağlı vəziyyət Trampın özünün şəxsiyyəti kimi qeyri-müəyyən və xaotik görünür. Bu plandan ortaya hansı nəticənin çıxacağı və bu nəticənin nə dərəcədə dayanıqlı və effektiv olacağı yaxın zamanda bəlli olacaq.

Cəlal Məmmədli

“AzPolitika.info”


Oxunub: 291
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    7-11-2026, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    7-11-2026, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.