Ağcabədidə ağır qəza: ölənlər var
Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Mediaxeberleri.Az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib. "Qazel" markalı yük maşını hərəkətdə olarkən VAZ 21015 markalı minik maşını ilə toqquşub. Nəticədə VAZ-ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, O.Vəliyevin həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma başlanıb.





















