Vətən müharibəsi qazisi vəfat etdi - FOTO
Rusiyada Vətən müharibəsi qazisi əməliyyatdan sonra dünyasını dəyişib. Mediaxeberleri.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qazisi olan Gəncə şəhər sakini 30 yaşlı Rüfət Qurbanov Rusiyanın Moskva şəhərində yerləşən xəstəxanaların birində beyin əməliyyatı olub. Lakin əməliyyatdan sonra onun halı pisləşərək dünyasını dəyişib. Rüfət Qurbanov bu gün Gəncə şəhərində dəfn edilib. Xatırladaq ki, R. Qurbanov Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: