Veteran pulu 2 dəfə artırılsın: Böyük məbləğ deyil ki... - Deputat
Cəmiyyətdə daha çox gündəmə gətirilən məsələ veteranlara verilən 80 manatlıq müavinətin artırılması məsələsidir. Dövlət Statistika Komitəsindən rəsmi məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179 840 nəfər təşkil edib, yəni 180 min nəfərə yaxındır. Bəzən bundan bir qədər artıq rəqəmlər də işlədilir. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli deyib. O bildirib ki, veteran pulunun 2 dəfə artırılaraq 80 manatdan 160 manata qaldırılması ayda veteranlara 14,4 milyon manat əlavə vəsait ayrılması deməkdir: "Onun da illik ümumi məbləği 173 milyon manat edir. Bu, o qədər də böyük məbləğ deyil ki, sözügedən məsələnin həlli ildən ilə keçirilsin. Bu məsələyə münasibətdə cəmiyyətdəki ab-havadan çıxış etməklə demək olar ki, müharibə veteranlarına verilən 80 manatlıq müavinətin də azı 2 dəfə artırılmasını istiqamətdə real addımlar atılmasını vacib hesab edirik".