Ülviyyə Ağayevadan seçicilərinə təşəkkür
Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Azərbaycan seçiciləri layiqli namizədlərinə səs verdilər. Əziz dostlar, hörmətli seçicilər! Bütün bu təbliğat-təşviqat müddətində mənə verdiyiniz dəstək və göstərdiyiniz etimada görə hər birinizə tək-tək dərin minnətdarlığımı bildirirəm. Sizin etimadınız və inamınız mənim üçün çox dəyərlidir və bu yolda sizləri layiqincə təmsil etmək üçün bütün güvvəmlə çalışacağam. Hamınıza bir daha təşəkkür edir, hər birinizə uğurlar arzulayıram! Mediaxeberleri.Az bildirir ki, bunu yenidən 107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputat seçilən Ülviyyə Ağayeva sosial şəbəkə hesabında yazıb. “Mənə səs verən, dəstəkləyən, bütün seçicilərə dərin təşəkkürümü bildirirəm. İnanıram ki,yeni formalaşacaq parlament Azərbaycan xalqı, dövləti üçün uğurlu olacaq“- deyə Ağayeva bildirib.