Azər Əmiraslanovun seçki qərargahı təbliğat işinə başladı
Bu gündən 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanovun təbliğat və təşviqat kampaniyasına start verilib. Mediaxeberleri.Az xəbər verir ki, Azər Əmiraslanovun parlament seçkisi ilə bağlı Ağstafa rayonunda yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb. Namizədin seçkidə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb. Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və "Güclü İqtisadiyyat, Güclü Dövlət" devizi altında təşviqat kampaniyasına start verilib. 108 saylı Ağstafa seçki dairəsindən deputatlığa namizəd Azər Əmiraslanovun seçki qərargahının üzvləri, səlahiyyətli nümayəndələri, vəkillər və rayon ictimaiyyəti nümayəndələri Ağstafada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi hörmət və ehtiramla yad olunub, abidəsi önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub, məzarlarına tər güllər düzülüb, şəhidlərin müqəddəs ruhuna dualar oxunub.