Dünya rekordçusu yarışda yıxıldı, huşunu itirdi - Video
Dünya rekordçusu Olimpiya Oyunlarının finalında yıxılıb və huşunu itirib. Mediaxeberleri.Az xəbər verir ki, idman televiziya kanalları bununla bağlı videogörüntülər yayıb. Məlum olub ki, yıxılan idmançı 3000 metr məsafəyə maneəli qaçışda dünya rekordçusu efiopiyalı Lameha Girma olub. Onun ayağı qaçarkən baryerə ilişib. Finalçı huşunu itirdiyindən ayağa qalxa bilməyib, həkimlər onu xərəklə aparıb.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: