Orxan Qarayev banka rəhbər təyin olundu
TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib. Mediaxeberleri.Az APA-ya istinadən bildirir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib. Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur. Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: