Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • UEFA Çempionlar Liqası: "Qalatasaray"dan minimalhesablı qələbə - VİDEO
  • Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi - Video
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
  • Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
  • Daha bir boksçumuz Avropa çempionu oldu
  • Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir
  • "Sabah" "Barselona" ilə məşqə çıxdı
  • Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
  • Bələdiyyə torpaqları hansı hallarda alınacaq? - Siyavuş Novruzovdan xəbərdarlıq
  • Yeni icra başçısı onlara vəzifə verdi - SİYAHI
  • ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
  • Qohumlar, dostlar irəli çəkilir, peşəkarlar gözümçıxdıya salınır
  • Bakı metrosu 1 saat artıq işləyəcək
  • Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?"
  • Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti
  • Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar: Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir?
  • Bayramdan asılı deyil, ətin qiyməti yenə qalxacaq - BELƏ HARA GEDİRİK?
  • Keçmiş icra başçısının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı qərar - TƏFƏRRÜAT
  • Qazaxda icra başçısı və rayon prokuroru Kürdə batan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar
  • İnfantino DÇ-nin kommersiya hüquqlarını 96 illiyə satmağı planlaşdırıbmış
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İcra başçısı Vətən müharibəsi şəhidinin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib

  • Tarix: 16-09-2023, 14:50

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”. Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, yaralılarımıza, qazilərimizə göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini daim diqqətdə saxlayır. 

Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Mayis kimi oğullarımızla hər birimiz fəxr edirik.


Bu gün – sentyabrın 16-da Mayis Yaqubovun ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır. İgid Vətən oğlunun qardaşı Etibar Yaqubov ailə həyatı qurur. Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid qardaşının xoş günündə onun yanında olub. Şəhidimizin atasına, anasına gözaydınlığı verən icra başçısı səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. ”Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin qardaşının xoş günündə yanında olum”, - deyən icra başçısı şəhidimizin qardaşını ailə qurması münasibətilə təbrik edib, ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. 

Şəhid atası Rəhim Yaqubov şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə Yaqubovlar ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.


Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 


“N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. 


İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. 08.11.2021-ci ildə həmin bulağın açılışı olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.

         

GOYEZEN.AZ



Oxunub: 572
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 23:39 | UEFA Çempionlar Liqası: "Qalatasaray"dan minimalhesablı qələbə - VİDEO
    Bu gün, 22:06 | Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi - Video
    Bu gün, 22:01 | UEFA Çempionlar Liqası: "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
    Bu gün, 21:57 | Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
    Bu gün, 19:45 | Daha bir boksçumuz Avropa çempionu oldu
    Bu gün, 19:43 | Azərbaycan və Gürcüstan daha 18 sənəd imzalayacaq - Nazir
    Bu gün, 19:40 | "Sabah" "Barselona" ilə məşqə çıxdı
    Bu gün, 15:27 | Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər
    Bu gün, 14:35 | Bələdiyyə torpaqları hansı hallarda alınacaq? - Siyavuş Novruzovdan xəbərdarlıq
    Bu gün, 14:34 | Yeni icra başçısı onlara vəzifə verdi - SİYAHI
    Bu gün, 14:32 | ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi
    Bu gün, 14:30 | Qohumlar, dostlar irəli çəkilir, peşəkarlar gözümçıxdıya salınır
    Bu gün, 14:28 | Bakı metrosu 1 saat artıq işləyəcək
    Bu gün, 14:18 | Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?"
    Bu gün, 14:09 | Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti
    Bu gün, 12:57 | Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar: Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir?
    Bu gün, 12:54 | Bayramdan asılı deyil, ətin qiyməti yenə qalxacaq - BELƏ HARA GEDİRİK?
    Bu gün, 12:47 | Keçmiş icra başçısının imzasını saxtalaşdıran eks-bələdiyyə əməkdaşı ilə bağlı qərar - TƏFƏRRÜAT
    Bu gün, 12:30 | Qazaxda icra başçısı və rayon prokuroru Kürdə batan şəxsin axtarışları ilə bağlı həmin ərazidə olublar
    Bu gün, 12:19 | İnfantino DÇ-nin kommersiya hüquqlarını 96 illiyə satmağı planlaşdırıbmış
    Bu gün, 12:15 | Sabiq nazirin milyonluq şirkətinin əmlakı satışa çıxarılır
    Bu gün, 12:12 | AKADEMİK VİCDAN VƏ ELMİ MƏSULİYYƏT... - Xalid Niyazovun YAZISI
    Bu gün, 12:02 | ABŞ-nin amfibiya-desant qruplaşması Yaxın Şərqə doğru irəliləyir
    Bu gün, 11:45 | DOPPLER EFFEKTİ VƏ SİYASƏTİN DƏYİŞƏN SƏSLƏRİ...
    Bu gün, 11:41 | Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb
    Bu gün, 11:39 | Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı
    Bu gün, 11:30 | Azərbaycan və Tacikistanın Banklar Assosiasiyaları arasında memorandum imzalanıb
    Bu gün, 11:22 | BDU-da BÖYÜK KADR DƏYİŞİKLİYİ: 9 DEKAN GEDİR - Siyahı açıqlandı
    Bu gün, 11:00 | DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb
    Bu gün, 10:49 | Kürdə batan altı uşaq atasının axtarışları davam edir - FOTO
    Bu gün, 10:44 | Tovuzdakı ağır qəzada xəsarət alanların sayı beş nəfərə çatdı - Adlar
    Bu gün, 10:35 | Çempionlar Liqasında beşinci tura start verilir: "Qalatasaray"ın sınağı və gecənin matçları
    Bu gün, 10:29 | Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
    Bu gün, 10:24 | ARARAT DAĞINDA “İTƏN” NUHUN GƏMİSİ VƏ... - Paşinyanın gizli planı
    Bu gün, 10:22 | “SİYASİ TƏLƏ”, YOXSA REAL SÜLH? - Erməni toplumu tarixi seçim qarşısında
    Bu gün, 09:14 | Göyçay bələdiyyəsində nə işlər çevrilir... - vətəndaş narahatdır...
    Bu gün, 08:49 | ABŞ hərəkətə keçdi: 2,5 min dəniz piyadası və F-35B qırıcıları Yaxın Şərqə göndərilir
    Bu gün, 08:45 | ADB Xəzər suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə 140 milyon dollar ayırdı
    Bu gün, 07:56 | Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
    Dünən, 22:21 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Dünən, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Dünən, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Dünən, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Dünən, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Dünən, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Dünən, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Dünən, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Dünən, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Dünən, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.