Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“HÖKUMƏTİ SƏRHƏDLƏRİ AÇMAĞA, İSLAHATLARA ÇAĞIRIRAM” – “Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür”

  • Tarix: 10-06-2024, 08:26

“Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür? Niyə ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Tacikistanla birlikdə dünya lideriyik? Bunlar yalnız səhiyyənin səviyyəsinə bağlı məsələ deyil. Əsl səbəb orqanik qida məhsullarının əlçatmaz olması, keyfiyyətsiz qida, stresli həyat, idman zallarına getməyə, mənəvi təlabatı ödəməyə vəsaitin çatmamasıdır”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi

- Qüdrət bəy, Milli Məclisdə təkid etsəniz də, büdcənin müzakirəsi zamanı sizə söz verilmədi. Çıxışınızda hansı məsələlərə toxunacaqdınız?

- Çox təəssüf ki, bu birinci hal deyil. Nə çıxışların dayandırılmasını təklif edən, nə də sədrlik edən deputat, həmkarına və Daxili Nizamnaməyə münasibət bir yana, heç parlamentin imici barədə də düşünmədilər. 3 məsələ - Dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, İşsizlikdən Sığorta Fondunun büdcəsi birlikdə müzakirəyə çıxarıldı, dövlət həyatı üçün son dərəcə vacib olan bu 3 məsələ üzrə çxış etməyə 5 dəqiqə vaxt ayrıldı, sonra iqtidar nümayəndələrinin bir saatlıq tərif dolu məruzələri dinlənildi, bundan sonra bir neçə nəfər alqışlar yağdırdı və YAP-çı komitə sədrinin təklifi ilə səsvermə keçirilərək çıxışlara son qoyuldu... Çıxış üçün yalnız mən təkid etdim və təkliflərimin olduğunu söylədim. Xoş niyyət, qanuna hörmət olsaydı və fərqli fikir eşitmək istəsəydilər, bir nəfərə də çıxış üçün 5 dəqqəlik imkan yaradardılar. Qanuna açıqdan-açığa hörmətsizlik iqtidar təəssübkeşliyindən yox, özgüvənsizlikdən qaynaqlanır. Prezident altıncı çağırış Milli Məclisin açılış iclasında söylədi ki, Milli Məclisin əsas işi qanunvericiliyin təkmilləşdirilməsi və qanunların, Prezidentin qəbul etdiyi qərarların icrasına nəzarət olmalıdır. Mən Milli Məclisin rəhbərliyinə müraciət edirəm: Çıxış edib təkliflər vermədən qanunvericiliyi necə təkmilləşdirmək olar? Mənim son dəfə nə vaxt Nizamnamədə nəzərdə tutulduğu kimi, 10 dəqiqə çıxış etməyim yadıma gəlmir. Deputat fraksiyaları olmadığı üçün alternativ məruzələr də dinləmək mümkün deyil. Artıq gündəlikdə neçə məsələnin və nə qədər mühüm əhəmiyyət kəsb etməsindən asılı olmayaraq, nahara qədər hamı iclasın yekunlaşmasını istəyir. Çoxluq səsvermə keçirib deputatı çıxış hüququndan məhrum edir. Belə çıxır ki, deputatlar da Prezidentdən kömək istəməlidirlər ki, Sizin imzaladığınız qanuna onu qəbul edən orqanın rəhbərliyi sayğı göstərmir. Təbii ki, çıxışımda əhalinin sosial vəziyyəti və islahatların zəruriliyinə diqqət çəkəcəkdim.

Mətni sizə təqdim edirik: 

"Hörmətli həmkarlar, hökumət üzvləri, büdcə gəlirlərinin və xərclərinin artması həmişə xoşdur, hökumətə gördüyü müsbət işlərə görə təşəkkür etmək istəyirəm. Amma diqqət yetirməliyik ki, büdcə layihəsində gəlirlər nəyin hesabınadır və necə bölünür. Biz büdcə zərfinə yoxsul insanların gözü ilə baxmalıyıq. Təqdim olunan büdcə zərfi təəssüf ki, bu cür yanaşmadan çox uzaqdır. Hökumət araşdırma aparıbmı ki, niyə ölkəmizdə kişilərin 49.8%-i 65 yaşına çatmamış ölür? Niyə ürək-damar xəstəliklərindən ölənlərin sayına görə Tacikistanla birlikdə dünya lideriyik? Bunlar yalnız səhiyyənin səviyyəsinə bağlı məsələ deyil. Əsl səbəb orqanik qida məhsullarının əlçatmaz olması, keyfiyyətsiz qida, stresli həyat, idman zallarına getməyə, mənəvi tələbatı ödəməyə vəsaitin çatmamasıdır. Həzrəti Əlidən soruşanda ki, ən böyük dərd nədir, cavab vermişdi ki, kasıblıq...

Qarabağdakı bərpa işlərini səbəb kimi göstərməklə sosial xərcləri azaltmaq qəbuledilməzdir. Əksinə, sosial xərcləri artırmaq, pensiyaçılara, yoxsul insanlara kömək etmək lazımdır. Diqqət yetirin, 2023-cü ildə pensiyaçıların sayı 86.300 nəfər, 2024-cü ildə daha 18.200 nəfər azalıb. Xarici ticarət dövriyyəsi keçən illə müqayisədə 23.8%, mal ixracı 36.1 % azalıb, idxal isə 3.1 % artıb. ABŞ dollarına tələbat 2 dəfə artıb. Manatın 2 dəfədən artıq dəyər itirdiyi devalvasiyadan sonra Prezidentin 2016-cı ildə imzaladığı iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə görə 2017-ci ildə üzən məzənnəyə keçilməli, 2018-ci ilə qədər böyük ölçüdə özəlləşdirməyə gedilməli idi. Amma neftin qiyməti bir az qalxan kimi, təəssüf ki, hər şey yaddan çıxdı, bu istiqamətdə real addımlar atılmadı. Xaricdən Azrbaycana göndərilən pulun həcmi də keçən illə müqayisədə 30.9 %, yəni 207 milyon manat azalıb. Bu, aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir edən ən ciddi faktorlardan biridir. Belə bir vəziyyətdə hökumət də sosial xərcləri 150 milyon manat azaldır. Azərbaycanda əhalinin 11%, Rusiyada 30%-i pensiya alır. Belarusda əhalinin sayı bizdən az olsa da, pensiya alanların sayı bizdən iki dəfə çoxdur. Ölkədə evlənənlərin, doğulan uşaqların sayı ciddi şəkildə azalır, boşananların sayi isə xeyli artır .Bu da, xeyli dərəcədə həm də sosial vəziyyətin ağırlaşdığının göstəricisidir. Əlillər, ehtiyatda olan zabitlər mənzil növbəsində gözləməməlidirlər. Hesablarına vəsait köçürülməlidir ki, özləri uyğun bildikləri yerdə ev alsınlar.

Düşmən üzərində qələbə, Qarabağda dövlət suverenliyinin bərpası qəlbimizi qürurla doldurub, amma insanlar da keyfiyyətli ərzaqla qidalanmalı, mənəvi tələbatlarını ödəyə biləcək miqdarda maaş almalıdırlar. Bunun üçün üçün yüksək ödənişli iş yerlərinin açılmasını təmin edəcək əlverişli biznes mühiti yaradılmalıdır. Dövlət də, torpaq da insanların maddi və mənəvi ehtiyaclarını təmin etmək üçündür. Uşağına keyfiyyətli orqanik qida məhsulları, ekoloji təmiz paltar ala, yaxşı repetitor yanına göndərə bilməyən valideyn əzab çəkir. Çünki məktəblərdə heç nə öyrədilmir, hökumət də repetitorluğu ləğv etmək, vəziyyəti dəyişmək üçün heç nə etmir.

Mən iqtidarı insanlarımızın həyatını yüngülləşdirəcək islahatlar həyata keçirməyə çağırıram. Qarabağın bərpası üçün Neft Fondundan vəsait ayrılmalıdır. Belə bir şəraitdə hökumət valyuta ehtiyatlarından istifadə etməli, onun artırılması barədə düşünməməlidir. Qarabağın bərpası adı ilə sahibkarlardan müxtəlif formalarda əlavə vəsait toplanmamalıdır. Bu sahibkarları iqtisadiyyata investisiya qoymaqdan çəkindirir.

Onu da qeyd etmək istəyirəm ki, istehsal və emal müəssisələrinin sayında, iqtisadiyyata investisiya qoyuluşunda əhəmiyyətli artım olmadan dövriyyənin artması səbəbi ilə (büdcənin icrasına dair təqdimat səh. 9) vergi və gömrük orqanlarının proqnozdan artıq vəsait topladığını (büdcə zərfinin 1-ci cildi səh. 5) əsas götürərək yenidən gəlirlərə dair proqnozların bu qədər artırılması həmin dövlət orqanlarının yenə də proqnozdan daha çox daxilolmanı təmin etməsinə səy göstərməyə təhrik edəcək və beləliklə, bu da malların qiymətinin artmasına, yoxsulluğa və biznes mühitinin daha da korlanmasına yol açaq. Hökumət daha çox köklənib enerji satmağa və ölkəmizi nəqliyat qovşağına çevirməyə. Çox yaxşı, amma rəqabətədavamlı azad bazar iqtisadiyyatına keçid üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, Türkiyə ilə ,gələcəkdə isə TDT-na üzv olan digər ölkələrlə və regiondakı qonşu dövlətlərlə kapitalın, malların, işçi qüvvəsinin, xidmətlərin sərbəst hərəkətini təmin edən ümumi bazarın yaradılması istiqamətində səy göstərməli, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, mülkiyyətin toxunulmazlığına təminat verən məhkəmə-hüquq islahatları həyata keçirilməlidır. Biznes sferasında ictimai münasibətlər dövlətlərarası beynəlxalq müqavilələrlə tənzimlənəcəyi və qorunacağı halda iqtisadiyyatımızın sürətli inkişafına nail ola bilərik.Turizmi inkişaf etdirmək üçün sərhədlər açılmalı, qiymətlərin aşağı salınması üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır. Eks-prezident Mütəllibovun formalaşdırdığı tam mərkəzləşdirilmiş dövlət idarəetməsinin ləğv edilməsinə, seçkili yerli dövlət hakimiyyət orqanlarının formalaşdırılmasına yol açacaq, hakimiyyət bölgüsünə real məzmun verəcək Konstitusiya islahatları həyata keçirilməlidir. Yalnız bu cür ciddi qərarlar qəbul etməklə iqtisadiyyatımızın inkişafına və neftdən asılılığına son qoyub, büdcə gəlirlərini, adambaşına düşən ÜDM-in həcmini bir neşə il ərzində bir neçə dəfə artıra, insanlarımızın sosial rifahına daha da yaxşılaşdırmağa nail ola bilərik.

İndiki qiymətlər qarşılığında - məsələn, qoyun ətinin kiloqramının 20 manat, minimum pensiyanın 280, minimum əmək haqqının 345 manat olduğu ölkədə sosial təminat xərclərinin 150 milyon manat azadılmasını yanlış hesab edirəm və bu səbəbdən qanun layihəsinin əleyhinə səs verəcəm".

(Xalqcebhesi.az)



Oxunub: 1 797
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    13-11-2026, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    13-11-2026, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    13-11-2026, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    13-11-2026, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    13-11-2026, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    13-11-2026, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    13-11-2026, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.