Həlak olan İran rəsmilərinin cəsədi bu şəhərə aparılır
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter ötən gün qəzaya düşüb. Mediaxeberleri.Az xəbər verir ki, İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olub. “Mehr” agentliyi həlak olanların cəsədlərinin hazırda Təbriz şəhərinə aparıldığını yazıb. Agentliyin məlumata görə, Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib: “Hazırda xilasetmə qüvvələri prezidenti daşıyan helikopterin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini təcili yardım maşınına qoyur və qəza yerindən Təbrizin Şəhidlər Xiyabanına yola salır”. Kolivənd axtarış əməliyyatının artıq başa çatdığını elan edib.