Mediaxeberleri.az
    
  • Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
    Ekspertdən Bakının yollarında çökmələrlə bağlı açıqlama: "Ciddi təhlillər aparılmalıdır"
  • 
  • Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
    Mehmet Seyfettin Erol: "Yaxın gələcəkdə NATO-nun parçalanması mümkün görünmür"
  • 
  • MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
    MN-in sabiq vəzifəli şəxsi necə həbs edildi? - Baş Prokurorluq detalları açıqladı
  • 
  • Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə - Çağırış
    Əxlaqsızlığa qarşı böyük proses başladan şəxsə - Çağırış
  • 
  • Kənan Məmmədovla birlikdə altı nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
    Kənan Məmmədovla birlikdə altı nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
  • 
  • Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu
    Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu
  • 
  • Bakı-Qazax yolu da bərbad vəziyyətə düşüb - VİDEO
    Bakı-Qazax yolu da bərbad vəziyyətə düşüb - VİDEO
  • 
  • RUSİYADAN ERMƏNİSTANA MİSLİ GÖRÜNMƏMİŞ HƏDƏLƏR – Overçuk Paşinyanın qarşısında konkret tələblər qoydu
    RUSİYADAN ERMƏNİSTANA MİSLİ GÖRÜNMƏMİŞ HƏDƏLƏR – Overçuk Paşinyanın qarşısında konkret tələblər qoydu
  • 
  • Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
    Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
  • 
  • Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
    Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
  • 
  • “PULLAR SEYMUR TALIBOVA ÇATIRDI” - Sabiq agentlik sədri ŞOK FAKTLARI AÇIQLADI
    “PULLAR SEYMUR TALIBOVA ÇATIRDI” - Sabiq agentlik sədri ŞOK FAKTLARI AÇIQLADI
  • 
  • Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd...
    Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd...
  • 
  • Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlandı
    Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlandı
  • 
  • “Azərbaycan bunu ermənilərə ikinci dəfə təklif etməyəcək” – “Hikmət Hacıyev üçün sülhdən danışmaq çox çətindir...”
    “Azərbaycan bunu ermənilərə ikinci dəfə təklif etməyəcək” – “Hikmət Hacıyev üçün sülhdən danışmaq çox çətindir...”
  • 
  • Bu görüntülər hamını qürurlandırdı - VİDEO
    Bu görüntülər hamını qürurlandırdı - VİDEO
  • 
  • NAZİRLƏR KABİNETİ NİYƏ SUSUR? – İnfrastruktur dağılır, əhali köməksiz, məmurlar isə vecsizdir...
    NAZİRLƏR KABİNETİ NİYƏ SUSUR? – İnfrastruktur dağılır, əhali köməksiz, məmurlar isə vecsizdir...
  • 
  • Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
    Ağstafa Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
  • 
  • İRANIN ABŞ-a GÖNDƏRDİYİ 10 TƏKLİF AÇIQLANDI - Tehran da QƏLƏBƏSİNİ ELAN ETDİ
    İRANIN ABŞ-a GÖNDƏRDİYİ 10 TƏKLİF AÇIQLANDI - Tehran da QƏLƏBƏSİNİ ELAN ETDİ
  • 
  • Masazırdakı dəhşətli qətlə bağlı yeni TƏFƏRRÜAT: Kişi onlardan birinin sevgilisi olub
    Masazırdakı dəhşətli qətlə bağlı yeni TƏFƏRRÜAT: Kişi onlardan birinin sevgilisi olub
  • 
  • "Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
    "Oğlumu gözüyaşlı qoyub işə gedirdim" - Jurnalist İlhamiyyə Rza nəyi etiraf etdi? - VİDEO
  • 
  • ABŞ-nin yeni dünya nizamı mesajı və Orta Dəhlizin əhəmiyyəti - VİDEO
    ABŞ-nin yeni dünya nizamı mesajı və Orta Dəhlizin əhəmiyyəti - VİDEO

Son xəbərlər :
  • Yeni xərçəng əleyhinə dərman - Qazaxıstan istehsal edəcək
  • UZUN İŞ SAATLARI VƏ TƏZYİQ MİLYARDLARLA ZƏRƏR VURUR
  • Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEO
  • Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
  • Baş nazirdən yeni qərar
  • Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?
  • Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
  • Prezident Ədalət Fərəcovla bağlı sərəncam imzaladı
  • Maaşla bağlı qərar qəbul edildi
  • Sabah yağış yağacaq, 26 dərəcə isti olacaq
  • Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
  • Bakıda əsas yollar bağlanır
  • Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
  • Türkiyə lideri Ermənistana səfər edəcək? - Cənubi Qafqazda yeni diplomatik sınaq - VİDEO
  • "Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEO
  • Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
  • "Neftçi" "Qarabağ"a qalib gəldi
  • Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş
  • Kəmaləddin Qafarovun "onkoloji bazarı" PARTLADI - Deputat buna nə deyəcək?
  • Prezidentdən FƏRMAN
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QURTULUŞ GÜNÜN MÜBARƏK, BAKI! - Bakı Fatehi Nuru Paşanın qürur duyduğu, Türk Ordusunun sınanılmış əsgəri Mürsəl Paşa kimdir?

  • Tarix: 15-09-2023, 04:59

Ramazan SİRACOĞLU


Qədirbilən soydaşlarımızın yaddaşında Bakını bolşevik cildinə girmiş azğın daşnakların qanlı caynaqlarından qurtaran şanlı xilaskarların ilk sırasında Mürsəl Paşanın da (1881-1945) əziz xatirəsi yaşamaqdadır. 

1918-ci ildə Bakını erməni daşnaklarının və onların havadarlarının işğalından qurtaranlar arasında olmuş, şəxsi şücaəti ilə azərbaycanlıların qəlbini fəth etmiş Mürsəl Paşa rəsmi olaraq özünə Bakü nisbəsini götürmüş və bundan qürur duymuşdur. Adətən, şairlər yaşadıqları yeri özlərinə nisbə kimi götürürlər. Məsələn: Mücirəddin Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Xətib Təbrizi v.b. 

Bu yazıda məqsədimiz o unudulmaz günlərin iştirakçılarını, ümumi qələbəmizin səbəbkarlarını bir daha minnətdarlıqla xatırlamaq və parlaq zəfərimizin memarlarından olmuş unudulmaz Mürsəl Paşa haqqında oxuculara məlumat verməkdir. 



28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmiləri (M.Ə.Rəsulzadə və H.Hacınski) 2 iyun 1918-ci ildə Osmanlı dövlətinin Hərbiyyə Naziri Ənvər Paşadan Azərbaycana hərbi yardım göstərməsini xahiş etmişdilər. Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilənin 4-cü maddəsi (“Daxili sabitliyi təmin etmək və milli müstəqilliyi qorumaq üçün Osmanlı dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə ona hərbi yardım göstərməyi təəhhüd götürür” maddəsi) Osmanlı dövlətinə qardaş Azərbaycana yardım göstərməyə hüquqi əsas verdi. Hadisələri diqqətlə izləyən və Osmanlı dövlətinin Azərbaycana hərbi yardım niyyətindən əndişələnən Almaniya, Rusiya və İngiltərə dərhal hərəkətə keçmişdi. Osmanlı dövləti Almaniya və Rusiyanı sakitləşdirmək, sabiq və yeni müttəfiqini arxayınlaşdırmaq üçün təşkil olunan hərbi birləşmənin adını Qafqaz İslam ordusu adlandırmışdı və bu ordunun Osmanlı dövləti ilə əlaqəsi olmadığını bəyan etmişdi. Bu zaman Azərbaycana yardım edəcək yüksək rütbəli ordu mənsubları arasında ərzurumlu Mürsəl Paşaya xüsusi diqqət göstərilmişdir. O zamanın qərargah rəisi olmuş Vehib Paşa İstanbula, Hərbiyyə Naziri Ənvər Paşaya göndərdiyi teleqramda belə yazmışdı: “Azerbaycan Hükümetinin yardım isteğini kabul ederek en cesur ve kabiliyetli, yüksek askeri değere sahip, şimdiye kadar şan ve şerefle kendisini kanıtlamış Beşinci Kafkas Tümeni yardım için Albay Mürsel Bey komutasında yola çıkardık.” ( Bax: Nasir Yüceer, Birinci Dünya Savaşı’nda Osmanlı Ordusu’nun Azerbaycan ve Dağıstan Harekatı, Ankara ,1996, s. 75). 

Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakı şəhərini daşnaklardan qurtarmaq vəzifəsini yerinə yetirməyə gələn Qafqaz İslam Ordusuna Mürsəl Paşanın komandanlığı ilə hərbi dəstək verən Beşinci Qafqaz diviziyasınında toplamda 6 minə yaxın əsgər, 257 zabit döyüşmüşdür. Bunların arasında minbaşı (mayor) Cəmil Cahid bəy, yarbay (polkovnik-leytenant) Osman bəy, minbaşı Ahmed Rıza bəy və minbaşı Zihni bəy hərbi zəkaları və şəxsi şücaətləri ilə xüsusiilə fərqlənirdilər. Ənvər Paşa Bakının daşnaklardan ən qısa zamanda azad edilməsində çox israrlı idi. Bu məqsədlə o, 17 iyun 1918-ci il axşamı xüsusi şifroqramla Mürsəl Paşaya komandan olduğu Beşinci Qafqaz diviziyasına Göyçay istiqamətindən hücuma keçmək əmrini verdi. Ənvər Paşanın belə əmr verməsinə səbəb 16 iyun 1918-ci ildə 10-cu Qafqaz alayının Müsüslü məntəqəsində Şilyan gölü civarında daşnakların pusqusuna düşməsi nəticəsində ciddi itkilərə məruz qalması olmuşdur (Bax: Yaşar Ertürk, “Kafkas İslam Ordusu’nun Azerbaycan Harekatı”, Türk Dünyası Araştırmaları Dergisi, sayı 186, Haziran, 2012, s.104-105).

20 iyun 1918-ci ildə Göyçaya gələn Mürsəl Paşa mövcud vəziyyətlə diqqətlə tanış olduqdan sonra daşnaklara həlledici zərbə vura bilmək və toparlanmaq üçün Nuru Paşadan bir neçə gün möhlət istəyir. Məsələ burasındadır ki, həmin vaxt Mürsəl Paşanın sərəncamında cəmi 5227 əsgər vardı, düşmən tərəfin isə 10 mindən çox silahlı döyüşçüsü, iki zirehli qatarı, xeyli miqdarda pulemyotu, topu, minaatanı vardı. Professional hərbçi və bacarıqlı komandan Mürsəl Paşa risqə getməmək və mümkün qədər az itki verməklə zəfər qazanmaqda mahir idi. Qarşı tərəfin bütün təchizat və psixoloji potensialını dəqiq müəyyənləşdirməyi çox sevən Mürsəl Paşa hərbi kəşfiyyata çox önəm verirdi. Cəbhədə yaranan sakitlikdən yararlanaraq komandanlıq Mürsəl Paşanın Beşinci Qafqaz diviziyasına əlavə qüvvələr cəlb etmişdi. 28 iyun 1918-ci ildə dan yeri qızaranda amansız döyüşlər təkrar başladı. Mürsəl Paşanın öncədən təklif etdiyi taktika ilə döyüşən türk əsgərləri günortadan sonra məqsədyönlü şəkildə tədricən geriyə çəkilməyə başladılar. Daşnaklarda elə təsəvvür yarandı ki, türk əsgərlərinin hərbi sursatları, xüsusən də top mərmiləri tükənmişdir. 28 iyun 1918-ci ilin axşam saatlarında Mürsəl Paşanın əsgərləri Göyçay istiqamətində xeyli geri çəkilmişdilər. 29 iyun 1918-ci ilin səhər saatlarında türklərin geri çəkilməsindən ruhlanan daşnaklar Göyçayı tamamilə ələ keçirmək xəyalına düşmüşdülər. Eyforiyadan sayıqlıqlarını itirmiş olan daşnaklar Qaraməryəmdə hücum əmrinə müntəzir 25-ci taburun, Göyçayda lazımı anda sarsıdıcı zərbə endirəcək minbaşı Ahmed Hamdinin müsəlləh taburunun varlığından xəbərsiz idilər (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s.47).

30 iyun 1918-ci ildə səhər saat 6.30-da Mürsəl Paşanın əmri ilə geniş cəbhə boyu hücum başladı. Sürəkli artilleriya atəşlərindən sonra şanlı türk əsgərləri — piyadalar və süvarilər, düşmən mövqelərinə şığıdılar. Türk ordusunun genişmiqyaslı qəfil hücumunun qarşısında duruş gətirə bilməyən daşnaklar böyük itkilər verərək qaçmağa başladılar. Mürsəl Paşanın hərbi zəkası, türk əsgərlərinin şücaəti nəticəsində, sözün əsl mənasında, düşmənin beli qırıldı. Göyçaydan qovulan daşnaklar Kürdəmir-Ağsu istiqamətində mövqelənərək Müzəffər Türk Ordusunun Bakıya irəliləyişini durdurmaq istəyirdilər. Komandan mirliva Nuru Paşa 5-ci Qafqaz diviziyasının başçısı Mürsəl Paşaya aşağıdakı məzmunda əmr vermişdi: “On üçüncü Qafqaz alayı 7 iyul gecesi Ağsudan hereket ederek Hasan bey bölüyünü de tabeliyine alaraq Kürdemire hücum edecekdir. Onuncu Qafqaz alayı da bütün gücü ile Şamaxını ele geçirmek üçün sabah erkenden herekete keçecekdir. Müsüslü bölüyü 13-cü Qafqaz alayı ile sıx temas quraraq, başlanğıcda yayındırıcı manevrlerle düşmenin 13-cü Qafqaz alayına qarşı hücuma keçmesinin qarşını alacaqdır.” Mürsəl Paşanın qəhrəman əsgərlərinin hücumu qarşısında duruş gətirə bilməyən erməni hərbi birlikləri 10 iyul 1918-ci ildə Kürdəmir-Ağsu cəbhəsindən qaçmağa məcbur oldular. Şanlı Türk Ordusunun Bakıya gəlməsini nə Almaniya, nə Böyük Britaniya, nə də Rusiya istəyirdi. Osmanlı rəsmiləri Rusiyanın xarici işlər naziri Q.Çiçerinə və onun Almaniyadakı həmkarına Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusu ilə heç bir bağlılıqlarının olmadığını bildirsələr də, buna nə ruslar, nə də almanlar inanırdı.

Osmanlı dövlətinin sədrəzəmi (baş naziri) Tələt Paşa Rusiya xarici işlər naziri Q.Çiçerini əmin etmişdi ki, türklər Bakını ilhaq etməyə gəlmirlər, orada asayişi bərpa etdikdən sonra yenidən geri qayıdacaqlar. Bu səbəbdən də Moskvadan gələn təlimata əsasən Bakı Xalq Komissarları Soveti ingilis generalı L.Denstervilə Bakıya gəlməyə rəsmi icazə verməmişdi. Buna baxmayaraq, S.Şaumyan və A.Mikoyan gizlində ingilis generalına teleqraflar vurur, nəyin bahasına-olursa olsun onu türklərin Bakıya gəlişinin qarşısını almağa çağırır və ona əllərindən gələn bütün köməyi edəcəklərini yazırdılar (Bax: History of the Great War, pp. 103-104).

Osmanlıların Bakıya gəlişinin qarşısını almaq üçün Böyük Britaniya da təcili qəti tədbirlərə əl atmışdı. General L.Denstervilin komandanlığı altında “Dunsterforce” adlanan hərbi kontingent Sentrokaspi adlanan oyuncaq hökumətin dəvəti ilə Bakıya yeridilmişdi. 1918-ci ilin yay aylarında Bakı şəhəri beynəlxalq güclərin mənafelərinin toqquşduğu meydana çevrilmişdi. Bütün hüquqi və hərbi maneələrə, erməni daşnak quldurlarının fitnə-fəsadlarına baxmayaraq, Qafqaz İslam Ordusu inamla Bakıya, qan qardaşlarının xilasına doğru hərəkət edirdi. Ermənilərə yardıma gəlmiş “Dunstetforce” mənsublarından biri bu hadisəni bu şəkildə qələmə almışdır: “Belə görünürdü ki, bölgəni tamamən nəzarət altına almaq işində türkləri heç nə saxlaya bilməzdi. Türklərin hər yeri öz nəzarət altına almalarına azərbaycanlı müsəlmanlar çox sevinirdilər və onlara hər hansı bir müqavimətin əleyhində idilər. Ermənilər isə bunun mümkünlüyü qorxusundan çökmüş, perik düşərək türklərə heç bir duruş gətirə bilmirdilər” (Bax: Ludcndorff, My war memories, II v., p. 659). General L. Denstervilin sözlərinə görə, 26 iyul 1918-ci ildə Bakı Xalq Komissarlığının süqutundan sonra onun yanına gəlmiş erməni milli şurasının Bakı təmsilcisi Araratyants adlı bir nəfər ingilis hərbi kontingentinin azsaylı olmasından (ingilislər 1500 nəfərlik hərbi birliklə gəlmişdilər-R.S.) çox məyus olmuş, yağlı dilini işə salıb hər vasitəylə onu Bakıya əlavə hərbi qüvvələr gətirməyə razı salmağa çalışırmış. Aydın görünür ki, ermənilər 1918-ci ilin mart ayındakı əməllərinə görə cəzalandırılmaq vahiməsindən nə edəcəklərini bilmirlərmiş. İngilis generalı onu türklərə qarşı təhrik və təşviq etməyə çalışan erməni Araratyantsa “türklərlə siz özünüz vuruşmasanız, biz heç nə edə bilmərik” deyib. (Bax: The adventures of Dunsterforce, p. 216).

Hərbiyyə naziri Ənvər Paşadan Bakını daşnak-bolşevik əsarətindən ən qısa zamanda qurtarmaq əmri alan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 8 sentyabr 1918-ci ildə əfsanəvi Çanakkalə diviziyası ilə birlikdə döyüşlərin mərkəzi və kilid nöqtəsi olan Şərq cəbhəsinə gəldi. Nuru Paşanı igamətgahında ziyərət edən Mürsəl Paşa türk əsgərlərinin Qurd qapısı, Biləcər, Binəqədi, Yanardağ, Sabunçu və Balaxanını tam nəzarətdə saxladıqları barədə raport verdi. Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km. imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və daşnaklar o ərazilərdən türklərin hücum edə biləcəyini güman etmirdilər. Lakin Nuru Paşanın qəhrəman əsgərləri Mürsəl Paşanın komandanlığı altında məhz az ehtimal olunan yerlərdən hücum edərək 1918-ci ildə 13 sentyabrdan 14 sentyabra keçən gecə şəhərə hakim Bibiheybət və Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular.

Türklərin şəhərə girməsinin an məsələsi olduğunu anlayan S.Şaumyan və quldur bandası lap əvvəlcədən qarət etdikləri əşyaları 13 katerə yükləyib Bakıdan qaçmışdılar. Onlardan heç nə ilə fərqlənməyən Sentrokaspi “liderləri” də fərarilik üçün girəvə axtarırdılar. Ağqvardiyaçı Biçeraxovun və Dokuçayevin kazak dəstələri, Korqanovun muzdluları Osmanlının zərbindən darmadağın olmuşdular. Bu hadisələrin bilavasitə iştirakçısı və Qafqaz İslam Ordusuna qarşı döyüşlərin komandanı olmuş general L.Denstervil dərk edir ki, qorxaq erməni başıpozuqlarına güvənib türklərin qarşısını almaq nəzəri və praktik baxımdan imkansızdır. O anda ingilis generalı bu hərəkata başlayandan bəri, bəlkə də, ən doğru qərar qəbul edir: ingilis qüvvələri təcili olaraq Bakını tərk etməlidirlər. Həmin məqamı L. Denstervil özü xatirələrində belə təsvir etmişdir: “Yer üzündə heç bir güc Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni davam etmək fəlakət anını ancaq gecikdirməkdir, lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.” İngilislərin Bakını tərk etmək haqqında qərarını duyan ermənilər şivən qoparırdılar ki, biz şəhərdən qaçıb gedənə kimi Bakıdan çıxmayın. Yoxsa türklər şəhərə girən kimi yerli əhali bizim dərimizə saman təpəcək. İngilis generalı da onlara ürək-dirək verir ki, arxayın olun, amma yubanmayın. Bizim türklərə qarşı savaşmağa nə yetəri gücümüz, nə də həvəsimiz var. Geciksəniz, özünüzdən küsün.



Ətraflı




Ad - 00:35


14 sentyabr sübh saat 4-də türk artilleriyasının sürəkli və şiddətli yaylım atəşi yeri-göyü titrətdi. Zorla səngərdə dayanmağa məcbur edilmiş ermənilər qaçıb gizlənməyə yer tapa bilmirdilər. Onlar ingilisləri beynəlxalq məhkəməylə qorxudur, Biçeraxovu hədələyir, Dokuçayevi söyür, Şaumyana lənətlər yağdıra-yağdıra gücləri gəldikçə şəhərin mərkəzinə doğru qaçır, özlərini İrana, Ənzəliyə, Dərbəndə, Krasnovodska gedəcək gəmilərə yetirməyə çalışırdılar. Sanki mart ayında Azərbaycan türklərinə qənim kəsilən, silahsız insanlar qarşısında kəkələnənlər bunlar deyilmiş. Mərkəzi komandanlıqdan hücuma keçmək əmri alan Mürsəl Paşa öz tabeliyində olan hərbi birliklərə 1918-ci ilin 13 sentyabr gecəsi 75 saylı əmri imzaladı: “Allah'ın yardımıyla, yarın sabah Bakû'ye giden yol arasındaki sarı parlak kilise kulesi genel istikametinde Bakû'ye karşı taarruz harekâtına başlanacaktır” (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s.193). Xatırladaq ki, “sarı parlak kuleli kilise” dedikdə Bakıdakı indiki Əhməd Cavad və Zərgərpalan küçələrinin kəsişdiyi məkanda bir zamanlar mövcud olmuş, o zamanlarda camaat arasında “Qızıllı kilsə” kimi tanınan, 1936-cı ildə dağıdılmış Aleksandr Nevski kafedralı nəzərdə tutulurdu.

Bakını işğal altında saxlamağa çalışan ermənilərin birinci müdafiə səddini yarmaq tapşırığı almış 9-cu və 56-cı alaylar gecə saat 3.30 sularında ağır silahlar tətbiq etmədən Heybət-Biləcəri xəttini nəzarət altına aldılar. Səhər erkən, təxminən saat 6-da 56-cı alay daşnakların ikinci müdafiə səddini də darmadağın etdi. 56-cı türk alayının qarşısında pərən-pərən düşmüş erməni, rus və ingilis silahlıları gücləri gəldikcə şəhərin mərkəzinə doğru qaçırdılar. 14 sentyabr 1918-ci ildə təqribən saat 16-da Bakı şəhəri qəhrəman türk əsgərləri tərəfindən tam mühasirəyə alınmış, bütün strateji əhəmiyyətli yüksəkliklər MEHMETCİKLƏRin nəzarəti altına düşmüşdü. Türk əsgərlərinin hücumundan ağlını itirmək dərəcəsinə çatmış başıpozuq daşnaqları heç bir güc, söz və söyüş səngərdə tuta bilmirdi. Vahimədən gözləri hədəqəsindən çıxmış erməni silahlıları gücləri gəldikçə “Turkeri qalis yen- Türklər gəlirlər!”- deyə çığırırdılar. Oradan-buradan gəlib Bakıya daraşmış, müxtəlif yerlərdə kompakt məskən salmış “mülki” ermənilər də səngərdəkilərdən heç geri qalmırdılar. Evdə hazır tutduqları boğçaları qoltuqlarında can hövlüylə limana tərəf yüyürürdülər. “Limana doluşmuş ermənilər vahimə içində qaçıb qurtulmağa çalışırdılar” (Bax: Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96).

1918-ci ilin 14 sentyabr axşamının qaranlığını fürsət bilən ingilis hərbi birləşmələri də şəhəri tərk etdilər. O gecə son ümidlərini də itirən ermənilər də yoxa çıxdılar. Elə bil hamısını əcəl almış, yer gizləmişdi.

15 sentyabr 1918-ci ildə səhər saat 8.30-da üstündə İran bayrağı və bir də ağ bayraq olan avtomobil Mürsəl Paşanın qərargahına gəldi. Avtomobildə İran konsulu və daşnakların komandanı oturmuşdular. Onlar Mürsəl Paşaya şəhərdə qalmış ermənilərin təslim şərtlərini açıqlamaq üçün gəldiklərini bildirmişdilər. Mürsəl Paşa bu məlumatı mərkəzi komandanlığa, mirliva Nuru Paşaya çatdırmışdı: “İran Konsolosu ile Bakü Cephesi Komutanından oluşan bir heyet gelmiştir. Bunlar, şehrin ve şehre sığınan düşmanın teslim şeklini kararlaştırmak üzere; İran, Amerika, İsveç, Danimarka konsoloslarıyla, İngiliz Komutanından ve Baku Hükümetinden oluşan bir heyetin yanıma gelmelerine izin verilmesini ve beraberlerinde de bizden birinin bulunmasını teklif ettiklerinden, delegeleri getirmek üzere, Tümen Kurmay Başkanı Yüzbaşı Rüştü'yü gönderdim. Şehre girmek yasaklanmıştır. Şehir içindeki asayişin sağlanması için 56’ncı Alay görevlendirilmiştir” (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s. 204).

Qafqaz İslam Ordusunun komandanı mirliva Nuru Paşanın diktəsi ilə Mürsəl Paşa məğlub erməni daşnaklarına 5 tələb irəli sürmüşdü:

1. Bakı qeydsiz, şərtsiz dərhal təslim ediləcəkdir. 

2. Bakıdakı erməni daşnakların tamamı təslim olacaqdır. 

3. Bütün növ silahlar, sursatlar, Azərbaycan dövlətinə aid bütün əşyalar, mülklər, maddi və mənəvi sərvətlər təhvil veriləcəkdir. 

4. Nargin ( Böyük Zirə) adasında saxlanılan türk, alman və Avstriya mənşəli əsirlərin hamısı təhvil veriləcəkdir. 

5. İşğalçı daşnaklara aid bütün cəbbəxana, avtomobil, zirehli maşınlar, təyyarə və ərzaq təhvil veriləcəkdir.

Şil-küt edilmiş erməni tərəfi qalib türk ordusunun komandanının bütün tələblərinə dərhal yerinə yetirmiş və təslim aktını imzalamışdır.

15 sentyabr 1918-ci ildə səhər saatlarında komandan Nuru Paşanın müzəffər Qafqaz İslam Ordusu onların pişvazına çıxmış qədirbilən Azərbaycan xalqının minnətdarlıq dolu alqışları və duaları ilə şəhərə daxil oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi və Hərbiyyə Naziri Ənvər Paşanın böyük təşəbbüsü ilə rəşadətli Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş qardaş türk ordusu Mürsəl Paşa kimi bacarıqlı komutanların şəxsində zəfər dolu şanlı hərb salnaməmizə yeni parlaq səhifə yazmışdır. 2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər Azərbaycan Ordusu eyni bacarıq və şücaətlə erməni düşmənləri məlikləndikləri ərazilərdən qovdu, əzəli torpaqlarımızı azğın yağılardan təmizlədi.

Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan torpaqlarına göz dikən bütün dövlətlərə ciddi və qətiyyətli xəbərdalıqdır: “BİR GECE ANSIZIN GELEBİLİRİZ!”

Müxtəlif dilli, müxtəlif dinli, müxtəlif məkanlı olsalar da, xəbis niyyətləri eyni olan bütün düşmənlərimiz çox yaxşı anlayırlar ki, Ənvər Paşa, Nuru Paşa, Mürsəl Paşa kimi şərəfli sələflərin Polad kimi, Mübariz kimi, Fərid kimi on milərlə çox layiqli, dəyanətli xələfləri vardır. Torpaqlarımızın bütünlüyü uğrunda şəhid olanlara rəhmət, vətən naminə canından keçməyə hazır olanların hamısına uğurlar olsun.

QURTULUŞ GÜNÜN MÜBARƏK, DOĞMA BAKI!


Oxunub: 470
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:28 | Yeni xərçəng əleyhinə dərman - Qazaxıstan istehsal edəcək
    Bu gün, 14:13 | UZUN İŞ SAATLARI VƏ TƏZYİQ MİLYARDLARLA ZƏRƏR VURUR
    Bu gün, 13:42 | Səhnəmizin "Gülnar"ı, Xalq artisti Firəngiz Mütəllimovanın DOĞUM günüdür - FOTO - VİDEO
    Bu gün, 13:30 | Bakı Limanında yeni körpü istifadəyə verildi - Foto
    Bu gün, 13:24 | Baş nazirdən yeni qərar
    Bu gün, 13:21 | Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?
    Bu gün, 13:17 | Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
    Bu gün, 12:58 | Prezident Ədalət Fərəcovla bağlı sərəncam imzaladı
    Bu gün, 12:56 | Maaşla bağlı qərar qəbul edildi
    Bu gün, 12:54 | Sabah yağış yağacaq, 26 dərəcə isti olacaq
    Bu gün, 11:43 | Məktəblərdə 6 şagirdə 1 kompüter düşür
    Bu gün, 11:36 | Bakıda əsas yollar bağlanır
    Bu gün, 11:35 | Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
    Bu gün, 07:54 | Türkiyə lideri Ermənistana səfər edəcək? - Cənubi Qafqazda yeni diplomatik sınaq - VİDEO
    Bu gün, 07:52 | "Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEO
    Dünən, 22:47 | Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
    Dünən, 21:56 | "Neftçi" "Qarabağ"a qalib gəldi
    Dünən, 19:40 | Milli Onkologiya Mərkəzindəki hadisənin DETALLARI: Xəstə üzərində partlayıcı ilə otağa daxil olubmuş
    Dünən, 18:50 | Kəmaləddin Qafarovun "onkoloji bazarı" PARTLADI - Deputat buna nə deyəcək?
    Dünən, 17:43 | Prezidentdən FƏRMAN
    Dünən, 17:41 | Bu maşınlar İçərişəhərə buraxılmayacaq
    Dünən, 17:37 | Çörək bahalaşır? - Rəsmi cavab
    Dünən, 17:35 | 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
    Dünən, 17:33 | 133 oyunun nəticəsi ləğv oluna bilər
    Dünən, 14:41 | Mayın ilk günü yağış yağacaq
    Dünən, 14:38 | "Evdən qaçmışdı, dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?!" - Zəhərlənən qızın ANASI DANIŞDI
    Dünən, 14:11 | Övladları birinci sinif rus bölməsinə gedənlərin diqqətinə…
    Dünən, 14:09 | Qızla hamamda ölən oğlanın anasından açıqlama: “Onu qız aparıb”
    Dünən, 14:07 | Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
    Dünən, 14:05 | Kliniki Tibbi Mərkəzi kim idarə edir?
    Dünən, 13:53 | SƏCDƏYƏ LAYİQ UCALIQ - 32 il nişanlısını gözləyən SEVDA
    Dünən, 12:03 | ABŞ-dən Ukraynanı SEVİNDİRƏCƏK QƏRAR
    Dünən, 11:54 | Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib
    Dünən, 11:50 | Gəncədə sinif yoldaşı tərəfindən bıçaqlanan məktəblinin vəziyyəti BİLİNDİ
    Dünən, 09:14 | Limanların blokadasına başlayandan ABŞ 40-dan çox İran gəmisini ələ keçirib - CENTCOM
    Dünən, 09:12 | Mustafayevin sinif yoldaşı olan erməni danışdı: Şahinin əsl adı... - VİDEO
    Dünən, 09:08 | Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" - VİDEO
    Dünən, 09:00 | Azərbaycan derbisi: Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçı bu gün baş tutacaq
    Dünən, 08:53 | Gəncədə məktəbdə dəhşətli hadisə: Şagird bıçaqlandı
    Dünən, 08:49 | Qlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzə
    Dünən, 08:44 | Müştərinin maşınını sürən avtoyuma işçisinə 2000 manatlıq cərimə - Qanun nə deyir? - VİDEO
    Dünən, 08:22 | Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
    Dünən, 01:01 | UEFA Çempionlar Liqası: "Atletiko Madrid" - "Arsenal" matçında qalib müəyyənləşmədi
    Dünən, 00:20 | Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümüdür - VİDEO
    29-04-2026, 19:14 | Raqif Abbasovun mənimsəmə ittihamı…
    29-04-2026, 16:20 | Sabiq vəzifəli şəxslərin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
    29-04-2026, 16:14 | BANKLARIN MƏNFƏƏTİ, VƏTƏNDAŞLARIN KREDİT BORCU ARTIR – Mərkəzi Bankın statistikası nədən xəbər verir?
    29-04-2026, 16:12 | Bu yerli meyvə 160 manata satılır... - Yaxın günlərdə 5-6 manata olacaq
    29-04-2026, 15:46 | Ağstafada avtomobil aşıb, xəsarət alan var
    29-04-2026, 15:36 | Qazaxda cüdo imtahanı: 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.