Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq
Türkiyədə MHP sədri Dövlət Baxçalının göstərişi ilə “Əhməd Cavad İnstitutu” qurulacaq. Mediaxeberleri.Az "TurkicWorld"a istinadən xəbər verir ki, institutda türk dünyası ilə bağlı araşdırmalar müzakirə olunacaq. İnstitutun məqsədi Azərbaycan şairinin çoxşaxəli əsərlərini, türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların ümumi birliyinin genişləndirilməsinə xidmət etməkdir. Qeyd edək ki, bu gün Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib.
Oxunub: 423
Xəbəri paylaş
Paylaş: