Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. Məlumata görə, mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən X1.3 (güclü) partlayışı aşkar edilib. Həmçinin “M” (nisbətən zəif) sinifli 3 partlayış qeydə alınıb.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: