“Azəriqaz”da müdir kompüterlə oyun oynayır - BU NƏDİ BELƏ?!
" "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin 7 xidmət sahəsi var: Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik, Cəlilabad və Biləsüvar xidmət sahələri... Bildiyimiz kimi, vətəndaşların fərdi elərində kütləvi surətdə texniki baxışlar aparılır. və bu texniki baxış aktları bir bir skan olunaraq abonentin yeni yaradilmiş müayinə aktlar bazasına işlənilir.... Mediaxeberleri.Az bildirir ki, bu barədə Azəriqaz İB Lənkaran RQİS, Lerik XS-də çalışan işçilər öz gileylərində ifadə edirlər.
Narazı işçilər daha sonra bildirir: "Ümumiyyətlə bu xidmət sahələrinin əmlakinda olan kompyuter vasitələri coxda yaxşı vəziyyətdə olmamasini nəzərə alib Birlik tərəfindən hər xidmət sahəsinə 1-ədəd HP markalı yeni nəsil kompyuteri ayrılıb. Lakin Lerik XS-nin rəisi tərəfindən öz istifadəsində olan köhnə kompyuteri satış xidmətinə verib özü isə təzəni götürüb otaqda film seyr edir. Onu da qeyd edirik ki, təzə kompyuterdə 2 dəqiqə ərzində 1 akt müayinə bazasina işlənilməsi mümkün olsa da köhnə kompyuterdə bu proses 6-8 dəqiqəyə başa gəlir.
"Azəriqaz" İB rəhbərliyinə xitab edirik... ayrılan kompüterləri paylama cədvəlinə uyğun paylayın. Əgər bu kompyuterlər müayinə aktlarının işlənməsi üçün gəlibsə, onu icra edən işciyə verin və nəzarət edin..."