Ukrayna ordusunun ən böyük problemi budur
Cəbhədə vəziyyət çox ağırdır, böyük problem var, bu da kadr çatışmazlığıdır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ukraynanın 3-cü əlahiddə briqadanın ikinci hücum batalyonunun komandiri Dmitri Kuxarçuk deyib. Onun sözlərinə görə, əvvəllər böyük problem artilleriya mərmilərində, yaxın və uzaqmənzilli məhvetmə sistemlərində, zirehli texnikada idisə, indi bu, insan resurslarındadır: “Mən həqiqətən ümid edirəm ki, səfərbərlik haqqında qanun bunu dəyişəcək. Lakin biz hələ də onun tam qüvvəyə minməsini gözləməliyik ki, düşmənin irəliləyişinin qarşısını almağa və əks-hücuma keçməyə bizə kömək edəcək yeni insanlar gəlsin”.
Oxunub: 498
Xəbəri paylaş
Paylaş: