Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Ət niyə bahalaşır?
  • Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
  • “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
  • Ağstafada zəhərlənlərin adları məlum oldu
  • Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
  • 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
  • Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
  • İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
  • Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
  • İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
  • Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
  • 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dünyanı idarə edən güc: Siyasət, yoxsa din?

  • Tarix: 3-09-2023, 08:14

Müasir geosiyasətdə dini ideologiyaların təsiri güclüdür.

Xüsusən müsəlman ölkələrində dinin idarəçiliyə, xarici siyasətə təsir imkanları genişdir. Ərəb xilafəti, Osmanlı imperiyası, Teymuroğulları dövlətlərində islam dininin siyasətə böyük təsiri olub. Sasanilər və Bizans imperiyası dinin təsiri ilə süquta uğradılıb. Yəhudilərin bir millət kimi varlıqlarını qoruyub saxlamalarında İudaizmin rolu çox böyükdür. Alman filosofu Fridrix Nitsşe hesab edir ki, din insanları kölə halına salır. Bütün dövrlərdə siyasətçilər məqsədlərinə çatmaq üçün dindən vasitə kimi istifadə etməyə çalışıblar və hazırkı dövrdə də bu kimi hallar davam etməkdədir.

İran İslam Respublikasının rəsmi ideologiyası islam dininin şiə cəfərilik məzhəbidir. İranın Qum şəhəri müqəddəs ərazi hesab olunur. İran inqilabının lideri, mərhum Ayətullah Ruhullah Xomeyni Qumda yaşayıb və siyasi mübarizəsini burada aparıb. Onun ilk siyasi islamçı ardıcılları da burada yetişib. Daha sonra İraqa sürgün olunsa da, Qum siyasi islamın, islam inqilabı ideologiyasının əsas mərkəzlərindən biri idi. Ancaq inqilabdan sonra din xadimləri və dövlət bürokratiyası arasında anlaşmazlıqlar yarandığı üçün ali dini hakimiyyəti, yəni Vəliyyi-Fəqih, eləcə də Qumda “guşənişin” olan yaşlı ayətullahlar siyasi proseslərdən kənar dayanmağa çalışırlar. Lakin hazırki İran dövləti ideoloji olaraq İslam ideologiyasına əsaslandığı üçün dövlətin əsas sütunu məhz Qumda oturan ruhanilərdir. Ali dini liderin yanında olan “Şurayi Negahban” (Konstitusiya Qoruyucular Şurası) eləcə də 83 nəfərdən ibarət ruhanilər məclisi - “Şurayi Xubreqan” (Mütəxəssislər Məclisi) ruhanilərdən ibarətdir.

“Mason müxtəlif ideoloji viruslarla ölkələri parçalayır”

“Cümhuriyət” qəzetinə açıqlama verən dini ekspert Hafiz Mirzə dini siyasi ideologiyanın müasir geosiyasətə təsirindən danışıb:

“Din təkcə İlahi məhəbbətin ifadə məkanı deyil, bütün dövrlərdə həm də hakimlər üçün ən güclü siyasi-ideoloji vasitədir. İnsanlığın düşüncəsinə din qədər daha güclü təsir edə bilən ikinci ideoloji vasitə hələ ki, tapılmayıb. Çünki dini ideologiyanın arxasında İlahi iradə dayanır. Təəssüf ki, bundan hakimlər, siyasilər, hətta imansız din xadimlərinin özü də siyasi məqsədlər üçün sui-istifadə edirlər. İsa Məsihin qətlə yetirilməsi üçün yəhudi kahinlər çox prokurator Pointi Pilata çox ciddi təzyiq göstərdilər. Ona görə yox ki, İsa kafir idi. Ona görə ki, İsa Məsihin peyğəmbərliyi onların təbliğ etdiyi dini ayinləri arxa plana keçirdirdi. Yəni siyasi və iqtisadi maraqlarının ziddinə idi. Seyid İmadəddin Nəsimini müsəlman din xadimləri ona görə diri-diri soydurmadılar ki, o “kafir” idi! Səbəb Nəsiminin siyasi baxışları idi. Ümumiyyətlə, Allahı Nəsimi qədər kimsə daha dolğun və möhtəşəm vəsf edə bilməyib. Hətta onun adına sonradan məscid də tikilib, abidəsi yaradılıb. Bu iki fakt onun göstəricidir ki, həm Şərqi, həm qərbi ta qədimlərdə də dini ideologiya idarə edib. Vatikanda Papa II Urbanın I səlib yürüşünə çağırışı, guya İsa Məsihin Qüdsdə zühr edəcəyi və müsəlmanların əlində olan o yerdə onun yenidən edam ediləcəyi barədə olsa da, əslində, məqsəd müsəlman Şərqini talamaq idi. Bu kimi faktlar indi də qüvvədədir. Azacıq inkişaf etməkdə olan Şimali Afrikanın müsəlman ölkələrində “ərəb baharı” adı ilə törədilmiş çevrilişlər də əslində, siyasi və demoqrafik məqsədlər daşıyır. Hamıya məlumdur ki, qarşıdakı 15-20 il ərzində Avropanı büsbütün demoqrafik fəlakət bürüyəcək, İslam faktoru qabaracaq. Onsuz da Avropanı bürüməkdə olan müsəlmanların güclü, imkanlı vəziyyətdə gəlməsi onların hakim mövqeyə yüksəlməsinə yol açacaq. Necə ki, milyarder kimi gəlib İngilitərə şahzadəsi Diananı aşnaya çevirə bilmişdilər. Avropanı demoqrafik fəlakətdən xilas etmək üçün buradakı aparıcı millətlərin qan dəyişikliyi vacib idi. Bu məqsədlə ən münasib toplum müsəlman Şərqi idi. Müsəlmanların ailə təməlçiliyi çox mühüm idi. Avropada isə ailəsizlik və “boy-frend” birliyi ənənə halını alıb. Son 5-10 ildə Avropaya milyonlarla qaçqın üz tutdu. Niyəə Çünki onlar planlı şəkildə Avropaya yönləndirildilər. Aciz və səfil vəziyyətdə gələn müsəlman daha təhlükəsizdir və avropalıdan asılıdır. Sual yarana bilər: bu cür qlobal oyunların arxasında hansı qüvvə dayanırə Heç şübhəsiz anqlo-saks-mason!”

Hafiz Mirzə masonun tarixi ilə bağlı maraqlı fikirlər bildirib:

“Masonluq məhz Süleyman məbədinin tikintisinə rəhbərlik etmiş usta ilə bağlıdır. Məbədin ilk daş qoyan ustası kimi. Müsəlmanlar Kəbədən imtina etmədikləri kimi, yəhudilər də bu məbəddən imtina edə bilməzlər. Bu onların dini inancı ilə bağlıdır. Çar Solomon (Süleyman) məbədi onun atası Davudun istəyi ilə tikilməli idi. Çünki Davud mələklərin göylərə indiki “Beytül-müqəddəs” adlanan yerdən qalxdıqlarını görmüşdü. Ölkəni taun xəstəliyi bürüyən vaxt Davud peyğəmbər camaatı məhz həmin yerdə Allaha dua etməyə çağırdı. Xəstəlik çəkildi və məhz o yerdə məbəd tikilməsi qərara alındı. Lakin məbədin tikilməsi Süleyman peyğəmbər dövrünə qaldı.

Son dövrlərin dövlət çevrilişlərinə, inqilablara, qiyamlara diqqət yetirək. Hamısının arxasında o ölkədən kənar qüvvələrin dayandığı bəlli olur. O kənar qüvvələr isə heç şəksiz ki, masondur. Mason müxtəlif ideoloji viruslarla ölkələri parçalayır. Parçalanma üçün ən münasib ideologiya isə yenə dini təsəvvürlər, təriqət və məzhəblərdir. Onların arasında bölücü xətti inkişaf etdirmək yetir ki, o ölkədə milli birlik və sabit iqtidar formalaşmasın. Bütün dövrlərdə, əksər ölkələrdə inqilabçıların, demokrat donuna bürünmüş liderlərin milli kimliyinə nəzər salaq. Əksəriyyəti yəhudi və ya etnik qrupların nümayəndələridir”.

“Nə islam, nə də xristian olan kimsə Qüdsü yalnız özünə aid edə bilməz”

Dini ekspert Vaqif Cəliloğlu isə “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələrin əsasən din pərdəsi altında cərəyan edir:

“Həm Şərqdə, həm də Avropada dini ziddiyyətlər var. Əslində, din pərdəsi altında müxtəlif çirkin oyunlar baş verir. Şərqdə “Allahu-Əkbər” deyilib insan başlarının kəsilməsi, Avropada protestant və katoliklərin barışmaz ziddiyyətləri ondan xəbər verir ki, burada əsl dindən söhbət getmir. Söhbət mövqe qazanmaq məsələsidir. Bu gün Qüdsün statusuna nəzər salsaq görərik ki, bütün monoteist millətlər Qüdsü öz vətəni hesab edir. Çünki Qüds xristianlardan təmizlənərkən orada təkallahlığa ibadət edən hər kəsə ibadət etməyə icazə verilirdi. Ona görə də nə islam, nə də xristian olan kimsə Qüdsü yalnız özünə aid edə bilməz”.

“İnanca görə, Süleyman məbədinin altında böyük xəzinə, kitab məxəzləri var”

Dini ekspert Turan İrfan da hesab edir ki, dini əlində bayraq edən dövlətlərin, siyasi güclərin öz maraqları var:

“Nə İranın məqsədi Fələstini xilas etmək, nə də İsrailin məqsədi İranı vurmaqdır. Bunlar sadəcə, din pərdəsi ilə öz siyasətlərini həyata keçirirlər. Süleyman məbədinə gəldikdə isə yəhudilərin bu məscidi ələ keçirmək istəyi onların tarixi qaynaqlarında olan biliglərlər bağlıdır. O mənbələrdə qeyd olunur ki, Süleyman məbədinin altında böyük xəzinə, kitab məxəzləri var. Düzdür, bu bizə gülməli gələ bilər. Lakin yəhudilər buna çox ciddi önəm verirlər. Eyni zamanda Süleyman məbədindən tapıla biləcəyi ehtimal olan simvollar Yəhudi tarixinin nə qədər keçmişə getdiyinin göstəricisi ola bilər”.


Oxunub: 454
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Dünən, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Dünən, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Dünən, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Dünən, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Dünən, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Dünən, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Dünən, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Dünən, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    5-11-2026, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    5-11-2026, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    5-11-2026, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    5-11-2026, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    5-11-2026, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    5-11-2026, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    5-11-2026, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    5-11-2026, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    5-11-2026, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    5-11-2026, 16:05 | Prezident fərman imzaladı
    5-11-2026, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    5-11-2026, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    5-11-2026, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    5-11-2026, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    5-11-2026, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    5-11-2026, 12:52 | Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək
    5-11-2026, 12:47 | Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
    5-11-2026, 12:44 | Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
    5-11-2026, 07:49 | Çempionlar Liqasında tarixi darmadağın: "Komo"dan 9 qol - Video
    5-11-2026, 07:46 | Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
    5-11-2026, 07:44 | Orqanizmdə daş yaranan dörd nahiyə: Bəziləri təhlükəli nəticələrə səbəb olur
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.