Xankəndidə silahlı hücum başlayır - Separatçıların toqquşma hazırlığı - VİDEO
Xankəndidəki separatçı-terrorçu rejimin daxilində yeni qarşıdurma başlayıb.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistan mediası yazır.
“Hraparak” nəşri separatçılar arasındakı mənbəsinə istinadən yazır ki, yeni “başçı” Samvel Şahramanyan “təmizləmə” prosesinə başlamağa tələsmir: “O, əvvəlcə “güc strukturları” ilə görüşlər keçirir, “müdafiəni” gücləndirir. Lakin yaxın günlərdə “daxili vəziyyəti pozan” qruplara qarşı amansız mübarizəyə başlamaq qərarını da verib”.
Hazırda separatçıların “daxili sabitliyi pozan” dediyi qüvvə Paşinyana yaxınlığı ilə tanınan Samvel Babayandır. Məlumatlara görə, yaxın günlərdə Babayanın “vurulması” prosesi başlaya bilər, lakin onun silahlı dəstəsinin olduğu və istənilən addıma silahla cavab veriləcəyi deyilir. Göründüyü kimi, yaxın dövrdə Xankəndidə silah səsləri eşidilməyə başlaya bilər.