Türkiyədə ruslara qarşı qadağa: Moskva hesabat tələb etdi
Rusiyanın Türkiyədəki səfirliyi Türk Hava Yollarının rusların Latın Amerikası ölkələrinə uçuşlara kütləvi şəkildə icazə verməməsi ilə bağlı vəziyyətdən xəbərdardır və aviaşirkətdən açıqlama istəyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə RBC-yə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat katibi İrina Kasımova məlumat verib. Türk Hava Yollarının Meksikanın Kankun şəhərinə uçan təyyarəsinə üç rus qadının buraxılmaması ilə bağlı son hadisəni şərh edən səfirlik həmin şəxsin kömək üçün onlara müraciət etmədiyini qeyd edib. “Səfirlik bilir ki, Türk Hava Yollarının əməkdaşları tərəfindən Rusiya vətəndaşlarına İstanbuldan tranzitlə Latın Amerikası ölkələrinə (Argentina, Braziliya, Meksika və bir sıra digərləri) uçuşlara icazə verməkdən kütləvi şəkildə imtina edilib. Bununla bağlı Rusiyanın xarici agentlikləri dəqiqləşdirmə üçün aviaşirkətlə əlaqə saxlayıblar”, - məlumatda deyilir. Aviaşirkət səfirliyə izah edib ki, uçuşları təşkil edərkən onlar ICAO qaydalarını (ICAO, Beynəlxalq Mülki Aviasiya Təşkilatı) və təyinat ölkənin şərtlərini rəhbər tuturlar. “Aviaşirkət lazımi məlumatları öz rəsmi saytında təkcə ingilis dilində deyil, həm də rus dilində yerləşdirməyi vəd edib, lakin naməlum səbəblərdən hələ ki, bunu etməyib. Biz israr etməyə davam edirik”, – səfirlik əlavə edib.