Ölkədə hərbi komendantlıqlar yaradılır
Litvanın müdafiə naziri Laurinas Kaçiunas jurnalistlərə bildirib ki, ölkədə hərbi komendantlıqlar yaradılır. Onlarda vətəndaşlara hərbi təhlükə zamanı özünü necə aparacaqları öyrədiləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Biz daimi komendantlıqlar şəbəkəsi yaradırıq. Onlar da sülh dövründə işləyəcəklər. Komendantlığa təyin olunmuş şəxslər üçün təlimlər, məsləhətləşmələr və digər praktiki və izahat işləri aparılacaq”, - Kaçiunas deyib. Müdafiə idarəsi rəisinin sözlərinə görə, komendantlıq “cəmiyyətlə ordu arasında əlaqə” olacaq. Ölkədə 60 komendantlıq olacaq. Qeydiyyat mayın 1-də başlayacaq və avqustun 31-də başa çatacaq. Bundan əvvəl Litva Seymi sülh dövründə hərbi komendantlıqların fəaliyyətinin əhaliyə ilkin döyüş bacarıqlarını öyrətməyə kömək edəcəyinə ümidlü olduğunu bildirmişdi.