Havada dava: Türkiyəyə gedən təyyarə Belqrada düşdü
Mançesterdən Türkiyəyə gedən təyyarədə sərnişin davası səbəbindən təyyarə Serbiyada eniş etməli olub. Mediaxeberleri.Az xəbər verir ki, aprelin 9-da Mançester Hava Limanından qalxan "SunExpress" təyyarəsi Türkiyənin Dalaman şəhərinə enməli olduğu halda Serbiyanın paytaxtı Belqradda eniş edib. Polis eniş yerində əməliyyat keçirib və dava edən sərnişinlər həbs edilib. Sosial şəbəkələrdə paylaşılan və uçuş zamanı çəkildiyi iddia edilən görüntülərdə bir nəfərin başqa bir sərnişini işarə edərək söyüş söydüyü müşahidə olunur. Müzakirənin qızışdığı və bir qadının da mübahisəyə daxil olduğu bildirilib.
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: