Günəşin tutulduğu gün gələn GİZLİ QONAQ: 3 dəqiqə havada qalıb, sonra... - FOTO/VİDEO
Bu dəfə uçan naməlum obyekt (UNO) aprelin 9-da baş verən günəş tutulması zamanı peyda olduğu üçün onu görmək o qədər də asan olmayıb. Uzun müddət bir çox internet istifadəçiləri bunun bir hissəsi buludların arxasında gizlənmiş bir təyyarə olduğuna əmin olublar, lakin diqqətlə baxdıqdan sonra uçan boşqabın heyrətamiz formasını görüblər. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Dail Mail" hadisə şahidlərinin təqdim etdikləri foto və informasiyalara istinadla məlumat yayıb. Qeyd edilib ki, həmin gün UNO-ların video və fotoları internetdə qızğın müzakirələrə səbəb olub. Yadplanetlilərin uçan aparatı yalnız Arlinqtonda görünüb. Boşqab 3 dəqiqədən bir qədər çox havada asılı qalıb və sonra sözün əsl mənasında havada yox olub, ona görə də az adam fərqinə varıb. Üstəlik, o vaxtkı hava şəraiti səmanı müşahidə etmək üçün heç də uyğun olmayıb. Hadisə şahidlərindən biri gəzintiyə çıxdığını və səmada qəribə formalı təyyarənin diqqətini çəkdiyini bildirib. Əvvəlcə bunun dumanın arxasında gizlənmiş bir təyyarə olduğunu güman edib. Ancaq buludlar ayrılanda obyektin açıq-aydın yerdən kənar mənşəli olduğunu görüb. Şəkillərdə və videolarda onun gövdəsində işıqlar olan nəhəng düzbucaqlı olduğunu görə bilərsiniz. Qeyd etmək lazımdır ki, son zamanlar bir çox UNO şahidləri obyektlərin belə bir qəfil yoxa çıxmasından danışırlar. Görünür, cihazlar elə bir sürət yığırlar ki, insan gözü sadəcə izləyə bilmir. Son vaxtlar ufoloqlar getdikcə daha çox UNO-larla bu cür təmaslar haqqında məlumat alırlar. Yerdənkənar sivilizasiyaların nümayəndələri artıq insanlara görünməkdən qorxmurlar. Görünür, yadplanetlilər bəşəriyyətlə ünsiyyət qurmağa hazırlaşırlar. Düzdür, indiyə qədər onlar yalnız potensial təmasda olanları qorxutmağa müvəffəq olublar.