Moskvada daha bir terror aktının QARŞISI ALINDI
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının qarşısını alıb. Mediaxeberleri.Az xəbər veir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bildirilib ki, terror aktına cəhd paytaxdakı sinaqoqda vətəndaşların kütləvi toplaşdığı bir vaxtda edilib. "Vətəndaşların kütləvi toplaşdığı bir vaxtda işçilər hücum təşkil etməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşının fəaliyyətini qarşısını alıblar. FTX-nin müəyyən etdiyi kimi, 2002-ci il təvəllüdlü olan şəxs adi cinayətə görə vətənində cəza çəkərkən terror fəaliyyətlərində iştirak etməkdə təqsirli bilinən şəxslərlə fəal əlaqə qurub, onların təsiri altında beynəlxalq təşkilatın ideologiyasını bölüşməyə başlayıb", - FTX-nin məlumatında deyilir.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş: