İran və Pakistan məhbusların mübadiləsi barədə razılığa gəliblər
İranın Ədliyyə Nazirliyinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əsgər Cəlalian və Pakistanın ədliyyə və qanunvericilik naziri Əzəm Nazir Tarar əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər. Bu barədə İran mətbuatı məlumat yayıb. “Hazırda Pakistan həbsxanalarında 60 iranlı cəza çəkir və bununla əlaqədar biz hər iki tərəfdən məhbusların azad edilməsi üçün şərait yaradılmasını təklif edirik”, - Cəlalian Pakistanın ədliyyə naziri ilə görüşü zamanı deyib. O əlavə edib ki, İslam Respublikasında həbsxanalarda 160-a yaxın pakistanlı var və Tehran yaxın vaxtlarda onları azad etməyə hazırdır. Pakistanlı nazir də öz növbəsində İran tərəfinin təklifini alqışlayıb. O, Pakistan DİN-in kiçik cinayətlər törətmiş iranlıların azad edilməsi üçün addımlar atacağını vurğulayıb. Mənbə: ISNA