HƏR AN İSRAİL – İRAN MÜHARİBƏSİ BAŞLAYA BİLƏR – SEPAH-ın hərbi bazasında güclü partlayış olub
İsrail hərbi hava qüvvələri tərəfindən İranın Suriyadakı konsulluğunun vurulmasından sonra regionda vəziyyət kritik həddə çatıb. Tehran qarşı tərəfi qisas aksiyası ilə hədələyib. Yerli mediada yaxın saatlarda İran ordusunun ballistik raketlərlə İsrailə zərbə endirəcəyi barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə yayılan kadrlarda isə İsrail silahlı qüvvələrinin ağır raketlər daşıyan konvoylarının hərəkəti görünüb. Yerli media yazır ki, İsrail komandanlığı hava hücumundan müdafiə sistemlərini ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan başqa hərbi avsiyasiya və uzaqmənzilli raketlər də zərbə endirməyə əmr gözləyirlər. Bu arada İranın Bəlucistan vilayətinin Rask şəhərindəki hərbi bazada güclü partlayış baş verib. İsrail mediasının yazdığına görə, obyektin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu bildirilir. Bu, son 24 saat ərzində İranda baş verən ikinci partlayışdır.