Ukraynanın bu zərbələri Rusiyanı çətin duruma salır
Ukraynanın Rusiya neft emalı zavodlarına növbəti hücumları Rusiyanın onları bərpa edə bilməməsinə səbəb ola və onun daxili bazarında qıtlıq yarada bilər. Mediaxeberleri.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Davamlılıq üzrə Araşdırmalar Mərkəzinin direktoru Oleq Belokolos deyib. "Bu, Ukraynanın tamamilə düzgün addımıdır. Bizim buna haqqımız var və etməliyik", - ekspert bildirib. Onun sözlərinə görə, rusların özləri artıq açıq şəkildə neft emalı sənayesi üçün ciddi təhlükədən danışırlar: "Ukrayna bu hücumların eyni miqyasını və tempini saxlasa, o zaman Rusiya onları bərpa edə bilməyəcək. Çoxlu texniki detallar var. Bu, oğurlana və harasa ciblərdə qaçaqmalçılıq yolu ilə aparıla bilməyən avadanlıqdır".
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: