Moskvada daha bir hücum: yaralılar var – Anbaan video
Moskva vilayətində naməlum şəxs bıçaqla kompüter klubuna hücum edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Şot” (Shot) Teleqram kanalı görüntü yayıb. “Moskva yaxınlığındakı Fryazino şəhərində bıçaqlı bir şəxs kompüter klubuna soxulub. O, əvvəlcə qapıda dayanmış şəxsə hücum edib, daha sonra isə kompüter klubunda qabağına çıxanları bıçaqlamağa çalışıb. O, üç nəfəri yaralayıb”, - deyə məlumatda bildirilir. Məlumata görə, hadisə martın 25-i axşam saatlarında baş verib. Hazırda həmin şəxsin saxlanıldığı bildirilir.
Oxunub: 887
Xəbəri paylaş
Paylaş: