Ermənistan sərhədə qadınları yığır
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərin sayı 2023-cü ildə 9% artıb. Mediaxeberleri.Az xəbər verir ki, bunu Xidmətin direktoru Armen Abazyan parlamentdə Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında deyib. O bildirib ki, 2022-ci illə müqayisədə MTX sərhəd qoşunlarında qadın əsgərlərin sayı təxminən 9%, 2021-ci illə müqayisədə isə təxminən 20% artıb.
Oxunub: 680
Xəbəri paylaş
Paylaş: