Rusiyadakı faciə qurbanlarının sayı açıqlandı - YENİLƏNDİ
"Crocus City Hall"da baş verən terror aktı 3-ü uşaq olmaqla 133 nəfərin həyatına son qoyub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. “Terror aktı nəticəsində 285 nəfər (o cümlədən səkkiz uşaq) yaralanıb, onlardan 133 nəfər (o cümlədən üç uşaq) həlak olub. 114 nəfər tibb müəssisələrinə aparılaraq xəstəxanalara yerləşdirilib, onlardan 4-ü uşaqdır”, - məlumatda deyilir. Daha əvvəl Moskva vilayətinin Səhiyyə İdarəsi Crocus City Hall-da törədilən terror aktı nəticəsində 140 nəfərin yaralandığını bildirmişdi . xxx 03:43 Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib. Mediaxeberleri.Az MK-ya istinadla xəbər verir ki, siyahıda hələlik 29 nəfərin adı var "Saat 21:00-a olan məlumat yenilənib. Siyahı məhkəmə-tibb ekspertləri ölənlərin şəxsiyyətini yoxladıqdan sonra əlavə olunacaq", - məlumatda deyilir. Əvvəllər Moskva vilayətinin Səhiyyə Nazirliyi ölənlərin siyahısını dərc edib, bu siyahıda 41 nəfərin adı var. Ümumilikdə, rəsmi məlumatlara görə, 133 nəfər ölüb.