Polşa Belarusla sərhəddə elektrikli hasar çəkir
Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib. "Görülən tədbirlərə baxmayaraq, miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə o bildirib. Nazir müavini qeyd edib ki, hökumət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır: “Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir”. O, əlavə edib ki, iş geniş miqyasda aparılacaq və təklif olunan həllərin qiymətləndirilməsi elmi-texniki mərkəzlərin iştirakı ilə artıq həyata keçirilir.